Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həyatınızın gözəl olması üçün nə etməlisiz?

  • 2023.05.31 15:06
  • 1252 Baxış
Həyatınızın gözəl olması üçün nə etməlisiz?
Əgər pis arvad, ana, həmkar, qız yoldaşı kimi sayılacağınızdan qorxursunuzsa, çox güman ki, başqalarına uyğunlaşmağa, onlara xidmət etməyə öyrəşmisiniz. Öz istək və hisslərinin bahasına olsa belə, digərlərinə yaxşı olmağa çalışırsız.


Həyatın dadını və sevincini hiss etmək üçünsə başqaları üçün əlverişli olmağı dayandırmalısınız.

“Medicina” xəbər verir ki, psixoloq Aleksandr Şaxovun sözlərinə görə, münasibət o zaman komfortlu olur ki, hər iki tərəf ona uyğunlaşa bilsin. O zaman görəcəksiniz ki, həyatınız öz axarına düşəcək.


Xoşbəxt bir həyata aparan 6 addım bunlardır.


İstəklərinizi bildirin – bu çox asan və eyni zamanda çox çətindir. Lakin bu münasibətləri daha da möhkəmləndirəcək. Arada inciklik və anlaşılmazlıq qalmayacaq.

Başqalarının hissləri və duyğuları üçün məsuliyyət daşımağı dayandırın. Bir insan hirslənirsə, inciyirsə, bu, sizin günahınız deyil, onun seçimidir. Bu sözləri xatırlayın və belə manipulyasiyalara getməyin.

“YOX” deməyi öyrənin. Bəzən güzgü qarşısında məşq etməyi, hansısa obyektiv səbəbə görə yerinə yetirmək istəmədiyiniz insanın istəyinə necə cavab verməyi məşq etməlisiz.

Prioritetlərinizi və dəyərlərinizi müəyyənləşdirin. Əvvəlcə, həyatda sizin üçün nəyin ən vacib olduğunu, nəyin dəyərli və nəyin olmadığını anlayın. Daha sonra prioritetlərinizi və dəyərlərinizi tərəfdaşınıza, dostunuza, ailənizə bildirdiyinizdən əmin olun.

Sözlərə deyil, hərəkətlərə diqqət yetirin. Vədlərə inanmağı və möcüzə gözləməyi dayandırın. Özünüzü qiymətləndirməyə başlayın.

Uyğun olmayan davranışlara məhəl qoymayın. Bir insan sözlə başa düşmürsə, ona əməllərlə göstərin ki, o, sizi incidir. Hətta lazım gəlsə o insandan ayrılın.

Aynurə Məmmədova