İnfarktı çox zaman gec müraciət etdikdə EKQ belə göstərmir. Bu zaman ilk 2 sutkada təcili bu analizlər verilməlidir. Kardioloqlar bunları həyat analizi adlandırır.
Medicina.az xəbər verir ki, Troponin adlanan qan analizi ürəkdə zülalların miqdarını göstərir.
Tibbdə Troponin I analizi qızıl standart hesab edilir.
- Xəstə analizdən 3-4 saat öncə yemək yeməməlidir
- Analizdən 1 saat öncəyə kimi siqaret çəkməməlidir
Adətən ürək rahat olanda tropinin qanda o qədər az olur ki, analizdə ölçülmür. Amma ən cüzi miokard kəskinləşməsi zamanı onun miqdarı qanda kəskin artır.
Analizdə troponinin kəskin artması infarkt və digər ürək xəstəliklərinə, hüceyrə ölümünü göstərir.
Əgər ürəkdə infarkta şübhə varsa, yaxşı olar ki, analizi həkim göstərişi ilə verə bilərsiz.
Aygün Musayeva