Orta əsrlərdə əlkimyaçılar hazırladıqları bu qarışıma "həyat iksiri” adını veriblər. Bir çox xəstəlikləri əlacı olan bu içki evdə rahatlıqla hazırlana bilər.
Medicina.az resepti sizə təqdim edir:
Tələb olunanlar:
• 100 qr kişmiş
• 100 qr qara gavalı qurusu
• 100 qr xurma
• 100 qr əncir qurusu
• 100 qr qaysı qurusu
• 1 çubuq və ya 1 xörək qaşığı darçın tozu
• 200 qr şəkər tozu
• 2 ədəd portağal
• 1 litr spirt
• 5–6 ədəd mixək
Hazırlanması:
1. Portağalı yuyun, qalın halqalara doğrayaraq 2 l-lik çüçə bankaya qoyun.
2. Yerdə qalan ərzaqları onun üzərinə əlavə edin. Qarışımın çöküntülü olmaması üçün kişmişi və darçını parça torbaya yerləşdirərək qaba əlavə edin.
3. Şəkər tozunu spirtdə həll edin. Vam odda tamamailə əriyənə qızdırın.
4. Daha sonra alınan məhlulu soyudun
5. Əldə edilən maye ilə bankanı tam doldurun.
6. Qarışımı qaranlıq yerdə otaq temperaturunda saxlamaq lazımdır. Hər gün çalxalayın.
7. 3 həftədən sonra qabda olan portağalları çıxarıb yenisi ilə əvəzləyin. Yenidən 3 həftə saxlayın.
İstifadədən əvvəl əmələ gələn qarışımı süzün. Gün ərzində 100 qr-a qədər istifadə etmək mümkündür.
Bu qarışımdan bir çox xəstəliklərin müalicəsində, həmçinin də bədənin möhkəmləməsində istifadə edilir.
Arzu
Medicina.az