Artıq çəki ölümcül təhlükəlidir.
“Medicina” xəbər verir ki, Kolorado universitetinin alimləri artıq çəki ilə vaxtından əvvəl ölüm riski 22% artdığını sübut edib.
Aşırı piylənməsi olan insanlarda isə bu risk 2 dəfə çoxdur.
Müəlliflər bildirib ki, ABŞ əhalisinin böyük hissəsi bədən kütlə indeksi yüksək olması səbəbindən ölür.
Belə ki, yaşlı təbəqənin 3%-nin ölüm səbəbi piylənmədir.
6 ölümdən biri artıq çəki ilə bağlıdır.
Alimlər 18 min insanın 20 il ərzində qidalanma və sağlamlıq göstəricilərini nəzarətdə saxlayıb.
Bu ərəfədə 4,5 min insan ölüb.
Məlum olub ki, 20% iştirakçının artıq çəkisi, 60% piylənməsi var idi.
Ölənlərin 50%-dən çoxu məhz artıq çəki və piylənməsi olan qrupa aid idi.
Aşağı bədən kütlə indeksi və aşağı çəkisi olan insanların sağlamlığı hətta çəkisi 4-5 kq artıq olan insanlardan daha yaxşı idi.
Aygün Musayeva