Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Həşəratlar bizim kimi nə gəldi yemir” - Baş kulinar

  • 2017.08.10 19:27
  • 18728 Baxış
“Həşəratlar bizim kimi nə gəldi yemir” -  Baş kulinar
"Evə heç vaxt kolbasa sosis almıram. Qurd dişləmiş kartofa üstünlük verirəm”. 


Bu sözləri "Tibb” qəzetinə açıqlamasında Azərbaycanın Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov deyib. Baş kulinar bildirib ki, heç vaxt dərmanla yetişdirilmiş məhsul yemir: "Danadişi qurdunun yediyi kartofdan alıram. Ömər Xəyyam deyib ki, nə gəldi yeməkdənsə, ac qalsan yaxşıdır. Qışda pomidor-xiyar yeyəni anlamıram. Qurd düşmüş meyvələri almaq lazımdır. Çünki bizdən fərqli olaraq, həşəratlar nə gəldi yemir.


Bədənə mütləq kənardan yağ daxil olmalıdır. Kərə yağı, quyruq yağı.


Mən şəxsən evə kolbasa sosis almıram. 


Camış qatığı, qara undan yuxa, kətəni çox sevirəm. 


Hər mömsümün öz tərəvəzini, öz meyvəsini yeyirəm. Xaricdən gələn naməlum ərzaqlara meyl etməyin. B, bizə ziyandan başqa heç nə verməyəcək”.