Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Herpes xərçəngi müalicə edir - Yeni metod

  • 2022.09.29 15:25
  • 1863 Baxış
Herpes xərçəngi müalicə edir    - Yeni metod

Genetik modifikasiya olunmuş virus xərçəngə güc gələ bilər.

"Medicina" xəbər verir ki, alimlər yeni inqilabi terapiyaya imza atıb.
Onlar bədxassəli şiş xəstələrində şişin yeni metodla məhv olduğunu bildirib.

London İnstitutunun ekspertləri ən ağır xərçəng şişlərin herpesə ram ola biləcəyini deyib.

Bu yeni elmi iş həyatda qalmaq şansı olmayan xəstələrə yeni ümid olacaq.

Belə ki, genetik dəyişmiş herpesli inyeksiya şişə ikiqat hücun edir, onları içəridən parçalayır, ikincisi də immun sistemi möhkəmlədir.
RP2 adlı herpes virusu 39 onkoloji xəstə üzərində sınanıb.

Londondan olan bir ağır xəstə müalicəni möcüzə adlandırıb, o hətta ölümdən dönərək işinə qayıdıb.
Xərçəngin bütün simptomlarını aradan qaldırıb.

Təbii ki, bu residivdir, xəstəlik hələ orqanizmdədir.

Digər 7 xəstə bu preparatla yanaşı immunterapiyadan keçiblər.

Yeni müalicə üçün çox iri kliniki tədqiqatlar aparılacaq.

Aygün Musayeva