ABŞ-lı professor Yuman Fonq CF33 adlı virusun antixərçəng təsirini test edir. Bu virus bir neçə şiş ştamlarına qarşı güclü öldürücü təsir göstərir.
Siçanlar üzərində təcrübə bunu göstərib.
Medicina.az xəbər verir ki, təcrübə Avstaliyada aparılıb. Bu virusun real melanoma və süd vəzi xərçəngi, ağciyər, mədə, bağırsaq, sidik kisəsi şişi xəstələri üzərində sınanmasına başlanılır.
Bəzi virusların xərçəngi öldürməsi faktları elmdə hələ 1900-cü illərdən var. Alimlər müşahidə ediblər ki, quduzluğa qarşı peyvənd olunan insanlarda xərçəng şişlərinin böyüməsi dayanıb.
Professor Fonq hesab edir ki, inək çiçəyi xəstəliyi insanları 200 il qara çiçək xəstəliyindən qoruyub. Və inəkdə olan bu çiçək növü insan üçün zərərsizdir. Bu virusun da onkoloji xəstələrə yardım etməsi düşünülür.
Viruslarla müalicə metodunda bədənə yeridilən virus ştamları bədxassəlil şişlərin hüceyrələrini yoluxdurub, onları öldürür. Daha sonra immun sistem xərçəng hüceyrələrini tanıyaraq, onların yenidən baş qaldırmasına imkan verməyəcək.