Hazırda qeyri-ənənəvi metodlardan hesab edilən hicama (həcəmə) bədəndən qan alma proseduru çox təbliğ olunur və müxtəlif yerlərdə bu müalicə metodu təklif olunur. İnsanlar dərdinə dərman məqsədilə bu möcüzəvi metodu sınamaq üçün elə ilk rastına gələn reklam, elanla hicama mütəxəssisi axtarıb hicama etdirir. Bir çoxları isə daha ucuz təkliflərə aldanır.
Medicina.az xəbər verir ki, Medi Plus klinikasının Fizioterapiya şöbəsinin mütəxəssisi Fərid Muxtarzadə xəstələrinə hicama tövsiyyə etsə də, şəhərdə savadsız, qeyri-peşəakar və insanların səhhətinə əksinə zərər vuran “hicama” edənlərin artdığını bildirib.
“İnsanın dayaq-hərəkət, ürək-damar sistemi ilə bağlı bir çox xəstəliklərin, problemlərin kökündə qan dövranı pozulması durur. Bu gün hərəkətsizlik, zərərli qidalanma, yuxusuzluq, stress və s qan dövranı durğunluğuna gətirib çıxarır. İndi nevroloqlara müraciət edənlər çoxalıb, kimi dindirirsən, baş bel ağrısı, təzyiq, halsızlıqdan şikayətlənir.
Nevroloqlar isə simptomatikanı müalicə edir, yəni dərmanla. Bir müddət dərmanı içəndə şikayətlər itir, xəstə elə hesab edir ki, sağaldı. Amma dərman bitən kimi hər şey yenidən qayıdır. Nevropatoloq ilkinm mərhələdə xəstəni o vəziyyətdən çıxarır. Lakin xəstə buna arxayın olub ömrü boyu dərmanlardan ümid gözləməməlidir. Probleminin kökünü axtarmalı, müxtəlif metodlardan istifadə etməlidir. İstənilən halda kimyəvi dərmanlar uzun müddətdən sonra qaraciyər, mədə, böyrəkləri sıradan çıxarır.
Baş ağrısı, bel, onurğa ağrısı, sinir, əsəb xəstəlikləri, ostexondroz, təzyiq, qan dövranı pozulmaları mütləq fizioterapiya və reabilitasiya tələb edir. Tibbi baxımdan da bu metodlar tövsiyə olunur. Amma indi mənim də xəstələrimə tövsiyə etdiyim qeyri-ənənəvi və bəzən akademik tibbin qəbul etmədiyi hicama – qanalma metodu da bu xəstəliklərdə effektivdir. Düzdür, mən bu metodu özüm etmirəm, amma tövsiyə etdiyim, güvəndiyim mütəxəssislər var. Mən bu metodun tərəfdarıyam, çünki onun nəticəsini xəstələrimdə görmüşəm.
Təəssüf ki, bu gün bu müalicəvi metodu bildi-bilmədi, bacardı-bacarmadı çox insanlar ucuz qazanc mənbəyinə çevirib. Bu da bir elmdir, öz incəlikləri var, öz mütəxəssisi var. Hicamanı etmək üçün bədəndə müəyyən nöqtələr var. Hara oldu, necə gəldi banka qoyub, qan çəkmək olmaz. İynəterapiya, akupunkturanın vətəni olan Çində belə bizdə olduğu qədər mütəxəssis yoxdur. Bu nəsildən nəslə keçən vergidir.
Hərə əlinə ülgüc alıb, düşüb camaatın bədəninə, canına. Bu səhv deyil, fəlakətdir. 20 manata olunan hicamadan nə fayda olacaq? Söhbət heç məbləğdən də getmir.
Bir pasiyentim gəlmişdi, kürəyi kəsik-kəsik idi, dərin çapıqlar qalmışdı. Peşəkar hicamada dəridə çapıq qalmamalıdır. Ülgüclə dərini kəsmirlər, müəyyən yerlər var ki, ona elə ülgücü yaxınlaşdıranda epidermis özü nazik çərtilir və toksinli qan çıxır.
Hicama xüsusi steril, tibbi kabinet şəraitində olmalıdır. Alətlər ultrabənövşəyi şüalar altında təmizlənməlidir. Bİr xəstənin belinə düzdüyü bankanı spirtləyir, sabunla yuyur, guya təmizləndi. Spirt hər mikrobu, bakteriyanı təmizləmir ki. Sən o banka ilə digər xəstənin qanından yüz xəstəlik keçirə bilərsən digər sağlam xəstəyə. Ümumiyyətlə, qanla işlənən yerlər xüsusi steril olmalıdır.
Heç nədən xəstənin bədənindən qan çıxardır, xəstə də elə bilir ki, müalicə aldı. Qan çıxarsa dərd yarı, sonradan fəsadları qalır. Dəriyə, qana mikrob salır, heç xəstə bilmir ki, bu mikrob ona hicamadan keçdi. Sonra başının ağrısı qalacaq bir tərəfdə, başlayacaq mikrob, infeksiya müalicə etməyə. Bu da ucuz ətin şorbası.
Ona görə harda oldu, kimdə oldu hicama etdirməyin. Bir qədər araşdırın, mütəxəssisinə müraciət edin”.
Medi Plus klinikası:
Ünvan: Bakı şəh.Yasamal Rayonu Mirəli Seyidov küçəsi 26.
Tel: 055 252 45 94;
012 434 59 36
Salam bir seansın qiymeti neçiyedi