Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Hərdən adlar, sözlər yaddan çıxırdı... Çay içəndə fincanı bir tərəfə əyirdim" ... – Onkoloji xəstələrdə qeyri-adi simptomlar

  • 2019.04.08 17:14
  • 16869 Baxış
"Hərdən adlar, sözlər yaddan çıxırdı... Çay içəndə fincanı bir tərəfə əyirdim" ... –   Onkoloji xəstələrdə qeyri-adi simptomlar
Bəzən demək istədiyini unutmaq, nə etmək istədiyini bilməmək, çay içəndə əlin titrəməsi, fincanın əyilməsi kimi ilk baxışdan əhəmiyyətsiz simptomlar sonradan onkoloji şiş aşkarlanan xəstələrin xatırladıqları məqamlardır.



Medicina.az xəbər verir ki, London Kral Kollecinin həkimləri xərçəng xəstələrinin xəstəlik tarixçələrini qeydə alaraq, onların diaqnoz qoyulandan öncə özlərində hiss etdikləri qeyri-adi əlamətləri toplayıblar.


Stress, qocalıqla səhv salınan xərçəng


Xəstələrin çoxu onlarda baş verən dəyişikliklərin yorğunluq, stress, yaşlanma ilə bağlı olduqlarını  düşünüblər.

Ekspertlər 39 pasiyentlə söhbət aparıblar. Hər bir xəstə əhəmiyyət vermədiyi əlamətləri xatırlayıb. Bunlar o qədər kiçik şeylər olub ki, həkimə getməyə belə səbəb hesab edilməyib.


" Biz bu qeydləri açıqlamaqla diqqəti erkən diaqnostikaya yöməltmək istəyirik. Bu əlamətlər xəstəliyin işarəsi ola bilər. Ən kiçik detal, dəyişiklik belə diqqətdən qaçmamalıdır” –deyə tədqiqatşılar bildirib.


Bir çox xəstələrin hekayələri, əlamətləri hətta oxşardır:


" Çay içəndə mənə elə gəlirdi ki, fincanın bir tərəfi əyilir, əsir – deyə 63 yaşlı qadın yada salır- Amma mənim ağlıma gəlməzdi ki, xərçəng var. Elə bilirdim qocalıqdandır”.


" Mən çox yorulurdum. Əvvəlki kimi işləyə bilmirdim. Hamı yorğunluqdan şikayət edirdi”-  33 yaşlı pasiyent deyir.


" Gündüzlər yatmaq istəyirdim. Yuxum gəlirdi. Elə bilirdim normal haldır, axı 50 yaşım olurdu”.

" Danışanda sanki dilim topuq vurur, dolaşırdı. Bu çox az çəkirdi, sonra düzəlirdi”.


"Çox vaxt demək istədiyimi unurdum,  bildiyim sözü xatırlaya bilmirdim”


Çox xəstələr isə hardansa kənar, heç vaxt duymadıqları bir qoxudan bəhs ediblər. Halbuki başqaları bu qoxunu hiss etmirdilər.

Bu əlamətlərə görə həkimə getməyi ağılsızlıq hesab edən xəstələr qiymətli vaxtı əldən qaçırıblar.


Beləliklə, xərçəngönü və artıq xərçəng olan insanda bu əlamətlərdən bir çoxu müşahidə edilir:


-Qısa müddətdə dildə, yazıda geriyə qalma, kəkələmə, çətinlik

-Diqqət və yaddaşın pozulması

-Koordinasiya, əl hərəkəti, gəzmədə dəyişiklik

-Yuxunun pozulması

-Həddən artıq yorğunluq

-İşığa, rəngə, səsə, qoxuya, yeməyə qarşı həssaslıq

-Xarakterin dəyişməsi, sakit adamın qıcıqlı olması, əsəbi adamın durğunluğu


Xüsusən beyində rast gəlinən 70 cür şiş xəstəliyində şişin yerləşdiyi yerdən asılı olaraq, müxtəlif nevroloji problemlər ola bilər. Pasiyent bu əlamətləri gördükdə, ilk növbədə nevroloqa müraciət etməlidir. Daha sonra isə MRT olunmalıdır.