Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hərbi Hospitalın tanınmış həkimi faciəvi şəkildə vəfat etdi - FOTO

  • 2025.01.17 12:17
  • 2567 Baxış
Hərbi Hospitalın tanınmış həkimi faciəvi şəkildə vəfat etdi -  FOTO
Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov faciəvi şəkildə vəfat edib.

Medicina.az xəbər verir ki, ilkin ehtimala görə, o, Şamaxıdakı evində qaz sızması nəticəsində dünyasını dəyişib.

Hadisə baş verən vaxt G.Məmmədov evdə tək olub.

Onun Bakıdan ezamiyyətə yola düşdüyü, bir gün Şamaxıdakı bağında qalıb oradan Gəncəyə getməyi planlaşdırdığı bildirilir.

G.Məmmədov savadlı və fitri istedadı ilə fərqlənən cərrah kimi tanınırdı. O, orta məktəbi qızıl medalla, Azərbaycan Tibb İnstitutunu isə fərqlənmə diplomu ilə bitirib.
Mərhum bu il 65 illik yubileyini keçirəcək, həmçinin nişanlı olan iki qızını evləndirəcəkdi.

Allah rəhmət eləsin!

Aygün
Medicina.az