Rusiyalı hərbi alimlər koronavirusa qarşı yeni bioloji aktiv əlavə hazırlayıblar.
Medicina.az xəbər verir ki, bu barədə Kimyəvi-bioloji müdafiə üzrə general-leytenant İqor Kirillov müsahibəsində bildirib.
“KovBAD” adlı preparat dövlət qeydiyyatından keçib.
“Aparılan tədqiqatlar göstərib ki, Kovbadı ilk günlərdə istifadə etdikdə virusun burun və boğazda yayılması, çoxalması 2 dəfə azalır, 6-cı gün isə onun konsentrasiyası 16 dəfə azalır. Bununla da orqanizmdə virus yükü az olur, xəstəlik yüngül keçir”.
Krılov bildirib ki, onlar digər BAD-lar da hazırlayırlar.
Bu preparatların tərkibi bitkilərdən ibarətdir. Daha çox okean bitkiləri və kalmardan istifadə olunub.