Amerika ordusunun 21 yaşlı hərbçi qadını qəzada qulağını itirdiyindən, həkimlər ona yeni qulaq düzəltmək qərarına gəlib. Qabırğa qığırdağından formalaşdırılan qulaq çiyin nahiyəsinə dərinin altına yerləşdirilib.
Medicina. az xəbər verir ki, plastik cərrahlar çiyin dərisinin seqmentini dartaraq, qulağı yetişdirmək üçün cib formalaşdırıblar. İmplantat orqanizmin öz toxumasından olduğundan, onda yeni damarlar və sinirlər yaranmağa başlayıb. Həkimlər hesab edir ki, bunun sayəsində bu qulaq digər təbii qulaqdan heç nə ilə fərqlənməyəcək və hiss olunacaq.
Qulağı dəri altından götürüb yerinə tikdikdən sonra, qalan dəri qatından qızın üzündə qalan dərin çapıqları örtmək üçün istifadə olunacaq.