Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hərbçilərə təcili qan lazım olması ilə bağlı yayılan məlumatlar yalandır - TƏBİB

  • 2022.09.14 12:04
  • 1256 Baxış
Hərbçilərə təcili qan lazım olması ilə bağlı yayılan məlumatlar yalandır -  TƏBİB
"Sosial media istifadəçiləri arasında aktiv hərbi əməliyyatlar zamanı yaralanmış hərbi qulluqçular üçün təcili qan lazım olduğu ilə bağlı məlumatlarla rastlaşırıq. Bu kimi məlumatların əsassız olduğunu vurğulayırıq".


Bu barədə Medicina.az -a TƏBİB-dən məlumat verilib.


Bildirilib ki, əsassız yayılan məlumatlar vətəndaşlar arasında həyəcan və təşvişə səbəb olur.


"Bütün bunları nəzərə alaraq, sosial şəbəkə istifadəçilərini rəsmi sürətdə təsdiqini tapmamış məlumatları yaymamağa, belə bir halla rastlaşdqları zaman yalnız rəsmi qurumların məlumatlarına istinad etməyə çağırırıq", - məlumatda deyilir.


Mərkəzi Qan Bankı vətəndaşlarımızın diqqətinə çatdırır ki, hazırda Mərkəzi Qan Bankında və bölmələrində qan ehtiyatları kifayət qədər var və müalicə məqsədilə qan ehtiyacı yarandığı zaman, həmin an tibb müəssisələri qanla təmin edilə bilər.