Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hərarəti yox edir, xərçəngə qalxan olur - XİYAR SUYUNDAN MÖCÜZƏ

  • 2019.08.23 11:35
  • 7878 Baxış
Hərarəti yox edir, xərçəngə qalxan olur  - XİYAR SUYUNDAN MÖCÜZƏ

 Xiyar suyunun faydaları nələrdir? tərkibi zəngin minerallar və vitaminlərdən ibarətdir. Mətbəximizdən əksik olmayan bu tərəvəzin, sən demə xeyli faydası var imiş. Medicina.az xiyar yararlı məlumatları təqdim edir.

 

 Sadəcə bədən sağlamığı üçün yox, dəri sağlamığı üçün də xeyirlidir. İsti havalarda bədəndə hərarəti aşağı salır, xərçəngə qarşı qalxan rolu oynayır. Bu qida sanki bir möcüzədir. Saysız hesabsız faydası ilə orqanizmi müdafiə edir. Xüsusi ilə yay aylarında sərinləmək üçün əla içkidir. İsti havanın ən əlverişli seçimi məhz xiyar suyudur.

 

Bundan başqa arıqlamaq üçün əla seçimdir. Yemklərin yanında içdiyiniz qazlı içki yerinə xiyar suyu qəbul etməyiniz məsləhətlidir. Bunu vərdiş halına salsanız, sağlam formada artıq çəkidən xilas olacaqsınız. Detoks içkisi hesab edilir. Zəngin tərkibi sayəsində bədəni şlaklardan təmizləyir. Xiyarın ən önəmli xüsusiyyəti isə xərçəngə qarşı qalxan rolu oynamasıdır.

 

Suyu immunitet sistemini gücləndirir. gün ərzində daha çox xiyar suyu içsəniz xərçəngə tutulma riskiniz minimuma enəcək. Eyni zamanda ağız boşluğunda yaranan problemlərin də həll yoludur. Xiyar suyu diş əti problemləri və ağız bakteriyalarını təsirsiz hala salır. Ağızda yaranan pis qoxuya qarşı mübarizə aparır.

Hərarəti yox edir, xərçəngə qalxan olur  - XİYAR SUYUNDAN MÖCÜZƏ
Hərarəti yox edir, xərçəngə qalxan olur  - XİYAR SUYUNDAN MÖCÜZƏ