Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hərarəti yenidən qalxan Bəhram Bağırzadədən son xəbər - Həkimdən açıqlama

  • 2020.07.22 10:44
  • 9503 Baxış
Hərarəti yenidən qalxan Bəhram Bağırzadədən son xəbər  - Həkimdən açıqlama

"Əməkdar artist Bəhram Bağırzadənin ümumi vəziyyəti orta-ağır, stabildir. Hemodinamik göstəricilər - udqunma və qidalanmada narahatçılıq müşahidə edilmir".

"BakuPost"un məlumatına görə, bunu əməkdar artistin müalicə edildiyi Mərkəzi Gömrük Hospitalının müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib. Onun sözlərinə görə, xəstə fəaldır, gəzir.

"Mövcuz traxiostamik boru daha kiçiyi ilə əvəz edilib. Son iki gündə həmin boru qapalı saxlanılıb. Xəstənin tənəffüsü fizioloji yolladır. Yaxın günlərdə onun da tamamilə çıxarılması nəzərdə tutulur".

B.Musayevin sözlərinə görə, ötən gün qanda iltihabi göstərici və bədən hərarətinin yüksəlməsi nəzərə alınaraq infeksionistlərin iştirakı ilə aparılan antibakterial müalicədə müfaviq dəyişikliklər edilib.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. Iyulun 2-də ECMO-dan ayrılıb.


traxiostamik boru