Ürək döyüntüləri kədər və sevinc kimi əhval-ruhiyyə ilə, çox çay və qəhvə istehlakı kimi vərdişlərlə bağlı ola bilər. Lakin xüsusilə 65 yaşdan sonra ürək döyüntüsü olan insanların müntəzəm elektrokardioqramma etdirmələri lazımdır.
Medicina.az xəbər verir ki, bunu ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev deyib.
Normal ürək ritmi orta hesabla 60-100 arası olmalıdır. Döyüntü bundan yüksək olduqda bu, müəyyən xəstəliklərə işarədir.
Cabir Gülmalıyev ürəyin tez-tez döyünməsinin digər səbəblərini qeyd edib:
- Qanazlığı;
- Yüksək hərarət;
- Bəzi infeksiyalar;
- Ağciyər problemi;
- Mitral qapaq çatışmazlığı;
- Tireotoksikoz (zəhərli zob);
- Ürək əzələsi ilə əlaqədar problemlər;
- Ürək damarlarında tıxanma, daralma;
- Ürəyin fəaliyyətində yaranan problemlər.
Müəllifin digər yazıları