Qlobal koronavirus pandemiyası dünyada heç də bitmək üzrə deyil.
Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
“COVID-19 pandemiyası bitməkdən çox uzaqdır və hər yerdə bitənə qədər heç yerdə bitməyəcək”, - deyə o, bəyan edib.
Təşkilat sədri virusun təkamülə davam etdiyini vurğulayıb.
ÜST rəhbəri xatırladıb ki, pandemiyanın başlanğıcından indiyədək 6 milyondan çox insan koronavirus səbəbindən dünyasını dəyişib.