Fizioterapevtlər hər yeməkdən, hətta su içdikdən sonra qolları yuxarı qaldırmağı israrla məsləhət görür. Bu üsulun faydalarını saymaqla bitməz.
Medicina.az xəbər verir ki, yeməkdən sonra qolları başı üzərinə qaldıranda həzm traktı daha keçirici olur, qidanı tez həzm edir, bağırsaqlara ötürür. Bu metodla peristaltika artır, qidanın bağırsaqda qalıb çürüməsi baş vermir, disbakterioz olmur.
Su, maye içdikdən sonra da əlləri yuxarı qaldırdıqda, su orqanizmdə yığılıb şişkinlik yaratmır. Maye sürətlə bağırsaqlardan gedir, divarlarda olan şlakları yuyub aparır. Ona görə də yeməkdən 30 dəqiqə əvvəl su içib qollarını yuxarı qaldır.
Qəbizlikdən əziyyət çəkənlər üçün bu metod çox yaxşıdır.
Qolları yuxarı qaldırıb, otaqda gəzişmək bel, onurğa üçün də effektivdir.