Moskvanın ən böyük koronavirus xəstəxanası Kommunarkada müalicə alan kişi pasiyent başına gələnləri paylaşıb.
Medicina.az xəbər verir ki, 34 yaşlı Vitaliy Mironov martın 31-i evə yazılıb.
O, virusa Barselonada yoluxub və 17 gün palatada təcrid olunub.
“İlk simptomlar adi qripdəki kimi idi, bədənim ağrıyırdı, orta hərarət, titrəmə, üşütmə. Təcili yardımı elə ikinci gün çağırdım. Xəstəxanaya məni qaldırdılar,yoldaşımı yox, baxmayaraq ki,o da mənlə birgə Barselonada olmuşdu.
Palatada tək idim. İlk başda bütün preparatlardan imtina etdim. Dedim ki, gözləyək. Adi parasetamol, sistem olunurdu. 8-ci gün həkim mənə dərmanlar veriləcəyini bildirdi, oxudum ki, çoxlu əks təsirləri var. Özümü pis hiss etmirdim, niyə bunları qəbul edim ki. Simptomlar da çəkilmişdi. Ona görə imtina etdim. Mən ümumiyyətlə dərman qəbul etmirdim. Həkimlər də buna razı olurdu. İmmunitetim özü mübarizə apardım. Dərmanlardan Ribavirin və Arbidol təklif olunurdu. Ribavirin əks təsirləri çoxdur.
Həkimlərdən soruşurdum və özüm də müşahidə edirdim, hər xəstə virusu başqa cür keçirirdi. Yəni hər kəs eyni dərəcədə ağır deyildi. Gənc xəstələr var idi ki, pnevmoniya olduğu üçün reanimasiyaya düşdülər. 5 gün reanimasiyadan sonra palataya köçürüldülər.
İndi mən evdə də təcrid dövründəyəm. 1 həftə də karantində olmalıyam, qorxuram kimisə yoluxdurum”.