Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər təzyiqi yüksələnə hipertoniya diaqnozu qoymaq düzgün deyil – Səbəbi tapılmayan təzyiq barədə kardioloq açıqlaması

  • 2018.11.21 16:48
  • 20668 Baxış
Hər təzyiqi yüksələnə hipertoniya diaqnozu qoymaq düzgün deyil –  Səbəbi tapılmayan təzyiq barədə kardioloq açıqlaması


 "Elə qrup təzyiq dərmanları var ki, uzun müddət istifadə etdikdə xəstədə bronxo spazmı verir, quru öskürək yaranır".

 

 

Son zamanlar gənc kişilər, eləcə də  qadınlar yüksək təzyiqdən əziyyət çəkərək, bəzən bu problemin səbəblərini tapa bilmirlər. Özlərinə hipertonik – yüksək təzyiq xəstəsi deyərək,  dərman axtarışına çıxırlar.


Halbuki hipertoniya xəstəliyi elə də asan qoyulan və hər yüksək təzyiqi olana təyin edilən xəstəlik deyil. Bunu Medicina.az-a Elmed klinikasının tanınmış kardioloqu, Avropa Kardiologiya cəmiyyətinin üzcü, dosent, tibb üzrə fəlsəfə doktoru Aynişan Hümbətova müsahibəsində bildirib. Həkim əsl hipertoniya xəstəliyinin necə təyin olunmasından və səbəblərindən danışıb.


-Doktor, kimlərə həqiqi hipertonikdir deyə bilərik? Gerçək təzyiq xəstələri hansı analiz və müayinələrlə  təyin olunur? 


-Hipertoniya xəstəliyi o xəstəyə deyilir ki, hədəf orqanlarda həqiqətən ciddi dəyişikliklər görünür. Hədəf orqanlar hansılardır: ürək, beyin, gözlər, böyrəklər.


Elə olur ki, hər hansı digər  xəstəliyin təsirindən təzyiq yüksəlir, ona ikincili hipertoniya deyirlər. Bu artıq böyrək mənşəli nefrogen hipertenziya ola bilər– pielonefrit, böyrək damarlarının tutulması, xroniki böyrək çatışmazlığı, hətta böyrəkdə daş olduqda baş verir. Bu xəstə artıq hipertonik xəstə sayılmır, nefrogen hipertenziya hesab olunur.  


Ya  da endokrin orqanların xəstəlikləri nəticəsində: trietoksinoz, feoxromositoma, vegeto-damar distoniyası olan xəstələrdə də təzyiqin yüksəlməsi baş verir. 


Vegetativ distoniya da hipertonik tipli ola bilər. Bu artıq əsəb sinir xəstələrində, nevrozlarda rast gəlinir. 

Boyun fəqərələrinin ostexondrozu olanda beyində hipoksiya nəticəsində təzyiq yüksəlir. 


Arterial hipertenziya  hər gün diaqnoz olunan  xəstəlik deyil. Yanımıza gələn hər yüksək təzyiqi olan xəstənin də təzyiqini ölçməklə bu diaqnozu qoymuruq.

 

İnsanlarımız arasında dəb halını alıb təzyiqim yuxarıdır, hipertonikəm, tez dərman alır, özünə dərman seçir. Bəzən xəstə gəlir, deyir yoldaşımın dərmanını içirəm ona kömək edir, mənə kömək etmir. Qadınlarda endokrin mənşəli təzyiq və klimaks təzyiqi olur. Qadına o dövrdə təyin olunan dərman kömək edir, amma kişi o dərmanı içdikdə kömək etməz.  Kişinin təzyiq başqa səbəbdəndir, ayrı faktorlar var, onlar araşdırılmalıdır. 


-Stresdən, əsəbdən təzyiq qalxa bilərmi? Bu nə dərəcədə təhlükəlidir? 


-Bəli, qalxa bilir.  Yüksək təzyiqin 3 mərhələsi var. 


Birinci dərəcədə təzyiq 130-90 çox, ikinci dərəcə 160-100 dən çox, üçüncü dərəcədə 180-100 –dən çox qeyd olunur. Birinci dərəcədə hədəf orqanlarda  ciddi dəyişiklik olmur. Kardioqrammada cüzi dəyişikliklər görünür. Bu, çox təhlükəli məqamdır, çünki belə insanlarda beyində işemik və ya hemorragik insult baş verə bilər.


 Ən dəyişkən mənzərə ikinci dərəcədə olur. Kardioqrammada qan dövranı pozulması görünür, mürəkkəb aritmiyalar, səyirici atirmiya ola bilər, beyin qan dövranı tərəfindən-pozğunluqlar, baş gicəllənmə, boyunda ağrılar, üzün bir hissəsində parezlər. Xəstə stasionarda yatanda bu xəstəni kardioloqla  yanaşı nevropotoloq, göz həkimi də müayinə edir. Çünki göz dibində də işemik ocaqlar və qansızmalar ola bilər. 


Üçüncü dərəcədə artıq infarkt, insult riski güclənir. Bunlar hamısı arterial hipertenziyanın nəticələridir, fəsadlarıdır. İstənilən növ hipertenziyada, hətta klimaks, neyrosirkulyar distoniyada təzyiq  hipertonik krizə çevrilə bilər. Hipertonik kriz olmamaq üçün xəstəni öncədən düzgün müayinə edib, düzgün diaqnoz qoymaq lazımdır. 


-Bu krizi, infarktı daha öncədən təyin etmək mümkündürmü? Necə bilmək olar ki, yüksək təzyiq bu xəstəni artıq infarkta aparır?


-Elmed klinikasının laboratoriyasında Troponin analizi adlı müayinə tətbiq etmişik. Troponin bir fermentdir, miokardda qan dövranı pozulması olanda, infarkt əlamətləri hələ təzə başlayanda nekrozun əlamətini qanda göstərə bilir. Bu  fermenti ölçməklə, ağrı başlayandan 4-6 saat ərzində aydın diaqnoz qoymaq mümkündür. 


Troponin ilk fermentdir ki, ən kiçik nekrozda belə əlamətləri göstərə bilir və kardioloqa müayinə üçün gözəl imkanlar verir. Amma troponin qanda yüksəlməsi o demək deyil ki, bu xəstə artıq infarktdır. Bu xəbərdarlıq da ola bilər. 

 

 

 Elə qrup təzyiq dərmanları var ki, uzun müddət istifadə etdikdə xəstədə bronxo spazmı verir, quru öskürək yaranır.

Təzyiq normallaşır, öskürək xəstəni narahat edir.

Xəstə bilmir, həkim gəzir, öskürək dərmanları alır, ağciyərləri rentgen etdirir, amma heç nə görünmür. 


-Yüksək təzyiqə qanda lipid spektrinin pozulması, yəni xolesterin səbəb olur. Amma  Təzyiqi olanın xolesterini ölçülməlidir, amma indi də mətbuatda məlumatlar yayılır ki, yüksək xolesterinə elə də ciddi yanaşmayın.


-Mən Avropa Kardiologiya Cəmiyyətinin üzvüyəm. Beynəlxalq konfranslarda bizə deyirlər ki, xolesterini nəzarətdə saxlamaq mütləqdir.  Ümumiyyətlə, hipertoniyada önəmli rol oynayır: koaluqramma, lipid spektrinin dəyişməsi. Mən bunları mütləq yoxlayıram.  


Əgər  lipid spektri dəyişibsə, xəstələrə pəhriz də təyin edirəm. Statinlər təyin edirik. Bu preparatları təyin edəndə elə etmək lazımdır ki,  bir orqanı sağaldıb, digər orqana zərər verməyək. Sitatinlərin əks göstərişi əsas qaraciyərdə yarada biləcəyi problemlərdir. 


Qanazlığı olan xəstələrdə demək qaraciyərdə problemlər var. Və xəstənin qanazlığı varsa, statinlər təyin oluna bilməz, məcburi halda kiçik dozalardan başlayırıq. Hətta bitki tərkibli dərmanlar var, qırmızı düyü tərkiblidir, çox yaxşı effekt də verir. 


-Qeyd etdiniz ki, aptekdən  özbaşına təzyiq salan dərman alıb içmək olmaz. Hazırda müasir dərmanlar necədir,necə təyin olunur? 


-Hazırda  Avropa Kardiologiya Cəmiyyətinin son protokollarına uyğun sxemlər var. 

Hipertoniya xəstəliyi təsdiqlənəndən sonra beta blokatorlar, kalsium antoqonistləri, soltanlar,  alfa blokatorlar, angiotenzin II reseptorlarını blok edən, alfa adnenablokatorlar  təyin edilə bilər. 


Əgər 5 il əvvəl hipertoniya müalicəsində mono terapiyadan başlayırdıqsa, indi kombinə olunmuş dərmanlardan başlayırıq. Elə olur bir xəstəyə 4-5 qrup dərman təyin edirik. Səhər, günorta, axşam ayrı-ayrı qruplardan dərmanlar içir. Əgər bunu içməsə, hər nə qədər bir güclü dərman da qəbul etsə, təzyiqi normallaşmır. 


Bəzənsə elə başlayandan monoterapiya təyin olunur, bu daha çox əsəb, nevrozdan qaynaqlanan təzyiqdə kömək edir. Burda xəstəyə sedativ dərmanlar da yazılır. Əgər taxikardiya varsa, beta blokatorlar da lazımdır, bu preparatların da əks göstərişi var. Əgər xəstədə bronxospazm, bronxit varsa, olmaz, yəni hər dərmanın göstərişi olduğu kimi əks göstərişi də var. Hər dərmanın əlavə təsirlərini həkim bilməlidir. Kliniki farmakologiya bunun üçün tədris olunur.


 Elə qrup təzyiq dərmanları var ki, uzun müddət istifadə etdikdə xəstədə bronxo spazmı verir, quru öskürək yaranır. Təzyiq normallaşır, öskürək xəstəni narahat edir. Xəstə bilmir, həkim gəzir, öskürək dərmanları alır, ağciyərləri rentgen etdirir, amma heç nə görünmür. LOR-a gedir, faringit tapılır. Normal kardioloqa müraciət etsə, həkim onun qəbul etdiyi dərmana baxan kimi anlayır ki, dərmanın təsirindəndir.  O dərmanı kəsən kimi öskürək azalıb itəcək. 

 

 Son vaxtlar solrtanlara diqqət edirik, çox yaxşı dərmanlardır. Ürək damar çatışmazlığı, təzyiqi olan insanlarda, hipertoniyanın II –III dərəcəsində effektivdir. Həm ürəyin işini yaxşılaşdırır, həm də təzyiqi normada saxlalır.


-Bəzən xəstə deyir ki, 140-160 mənim iş təzyiqimdir, özümü pis hiss etmirəm. O halda nə edirsiz?


-Bu, düzgün deyil. Avropa konqresində bizə dedilər ki, hətta 130-80 artıq yüksək təzyiq sayılır. Hətta yaşlı, xəstə insanlarda da təzyiqi maksimum dərəcədə normada saxlamaq lazımdır. 


Əvvəl deyirdilər, beyin qan dövranı kəskin pozulmuş xəstələrdə təzyiqi birdən çox salmayın, ehtiyatla azaldın. İndi deyirlər, xeyir, lazımdır, bir az da aşağı salın. Xəstə özünü 150-160 təzyiqdə yaxşı hiss etsə də, orqanizm artıq bu həddə alışsa da, o təzyiq müalicə olunmalıdır. Xəstəyə izah etmək lazımdır ki, bu indi zərərsiz görünür, sabah kriz ola bilər, insult keçirə bilərsən. 


-Bəs təzyiq yüksələndə evdə əl altında limon, qatıq, sarımsaqla təzyiq sala bilərmi? Bu kimi vasitələr təsir edirmi?


-Xeyr. Bunlar hamısı panaseyadır. Ola bilər o an limon az da olsa təzyiqi salır, qanı durulaşdırıb, axını normallaşdırır. Amma 1-2 saat sonra yenə həmin vəziyyət qayıdacaq. 


-Həkim, bəs yüksək təzyiqi olanlar indmana, qaçışa, əzələ şişirdən dərmanlar, protetin qəbul edə bilərmi?


-Proteinlərin mən əleyhinəyəm. Kişilər, gənc oğlanlar hər hansı idmana, əzələ şişirtməyə başlamazdan əvvəl mütləq dəqiq kardioloji müayinədən keçməlidirlər. Kişi cinsini yüksək təzyiq və ürək problemi ilə üz –üzə qoyan səbəb hipodinamiya – az  hərəkətlilk, oturaq həyat tərzidir.  İşdə oturur, sonra maşınla gəlir, evdə də divanda əyləşir. 


Belə adamlara idman, trenajordan da çox yerimək, açıq havada gəzmək məsləhətdir. Axşamlar piyada orta temptdə 1-2 saat yürüsünlər. Kimin təzyiqi, metobolik sindromu, şəkəri varsa ən yaxşı müalicə hava və gəzməkdir. Qadınlarımız da evdə çox olurlar. 

Hipodinamiya, damarların tıxanması, mübadilənin pozulması, zərərli vərdişlər – içki, siqaret. Birinci yerdə bu faktorlardır. 

 



 Qidalardan yağlı yeməklər, məsələn xaş olmaz. Xolesterini olana içki, pivə, qəhvə, energetik içkilər olmaz.

Xolesterinə araq çox pis təsir edir. Qaraciyər problemini də artırır. 



-Elə adam da var, həkim gəzir, EKQ, kardioqramma, qan analizi, lipid – hamısından keçir, amma yüksək təzyiqinin səbəbi tapılmır ki, tapılmır. 


-Belə xəstələr olur. Kardioqramma, koaluqromma, lipid analizi normaldır.  Şikayəti təzyiq idi, bir də ürəkdə ağrılar. Axtarıb boyun fəqərələrinin ostexandrozunu tapdıq. Bu da soyuq olanda, oturaq həyatdan, əsəbləşəndə baş verir.  Damar sıxılır, beyinə qan getmir, təzyiq qalxır. Burda ostexondroz və əsəb gərginliyinə qarşı müalicə yazılır. Ondan sonra təzyiq düşür. 


Mənim təcrübəmdə  30 yaşdan cavan oğlanlarda böyrək mənşəli təzyiq geniş yayılıb. O da soyuqdəymədən, keçirilən infeksiyalardan başlayır. 


-Damarların tıxanması, piylənməsi, lipid pozulmasında nə yeyib, nə içmək lazımdır profilaktika üçün?


-Əsasən gənclərə ilk olaraq dərmanlar yazmıram.  Ola bilər xolesterin çox olsun. İlk başda çaylar, bitki tərlkibli dərmanlar təyin edirəm. Xolesterin düşürücü pəhriz təyin edirəm. Bəzən qidaya korrektə etməklə təzyiq problemi düzəlir. 


Qidalardan yağlı yeməklər, məsələn xaş olmaz. Xolesterini olana içki, pivə, qəhvə, energetik içkilər olmaz. Xolesterinə araq çox pis təsir edir. Qaraciyər problemini də artırır. Hipertonik xəstənin araqla xaş içməsi ümumiyyətlə yolverilməzsdir. Sirrozun bir növü də alkoqol mənşəlidir. Kim çox içki, araq qəbul edirsə, onun sonu sirrozdur. İndi də energetik içkilər dəbdədir.

 

Əzələləri şişirtmək üçün gənclər uşaqlar proteinlər, dərmanlar qəbul edirlər. Protein zülaldır, yalnız peşəkar idmançılar istifadə edə bilər, bu da həkim nəzarəti ilə olunmalıdır. 


Aygün Musayeva

 

Həkimlə əlaqə:


Elmed Klinikası

Binəqədi rayonu, MirCəlal küçəsi 51

Tel: 431 13 77

050 569 13 77


 

Hər təzyiqi yüksələnə hipertoniya diaqnozu qoymaq düzgün deyil –  Səbəbi tapılmayan təzyiq barədə kardioloq açıqlaması
Hər təzyiqi yüksələnə hipertoniya diaqnozu qoymaq düzgün deyil –  Səbəbi tapılmayan təzyiq barədə kardioloq açıqlaması