Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər tərləyən və ayağı əyri uşaq "Raxit" deyil - Pediatrdan AÇIQLAMA

  • 2019.10.29 16:11
  • 6144 Baxış
Hər tərləyən və ayağı əyri uşaq "Raxit" deyil -  Pediatrdan AÇIQLAMA

"Raxit, sadəcə uşağın üzünə baxaraq qoyulan diaqnoz deyil”.


 


 


Bu sözləri Medicina.az-a açıqlamasında tanınmış pediatr Günay Rəsulova
bildirib. Onun sözlərinə görə, uşaqların analiz edilmədən müalicəyə
başlanılması doğru deyil:


 


 


"Bir az çox tərləyən, alnı qabağa gələn, döş qəfəsi batıq olan, əmgəyi
açıq, hər ayağı bir qədər əyri olan, dişi bir az gecikən uşaqlara təəsüf ki,
heç bir analiz edilmədən raxit diaqnozu
qoyub "kalsiumla" müalicə başlanılır ki, bu çox böyük yanlışdır.


Raxit vitamin D əksikliyi xəstəliyi olub, başın alın və təpədən böyüməsi,
əmgəyin normadan böyük olması və 18-24" aydan gec bağlanması, kəllə
tikişlərin geniş olması, başda "kraniotabes" adlı yumuşaqlığın
olması, sümüklərdə, əsasən qabırğanın döş sümüyünə birləşən yerində xüsusi
sümük qalınlaşmasının əmələ gəlməsi, yeriyən uşaqlarda O və X-vari ayaq, böyük
qarın və s. əlamətlərlə gedir. Həkim müayinədə uşaqda "Raxitdən" şübhələnirsə,
bu şübhəni dəqiqliyə gətirmək üçün bir neçə analizlər verilməlidir.Analiz nəticələri də uyğun gəlirsə o zaman
Raxit diaqnozu qoyulub D vitaminin yüksək dozası ilə 5-6" həftəlik müalicə
başlanılır”.


 


Həkimlə əlaqə:


070-673-83-81