Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər tərəvəz bir orqana bənzəyir

  • 2019.02.19 14:14
  • 7481 Baxış
Hər tərəvəz bir orqana bənzəyir
 

Təbiətin bizə verdiyi mesajlar var. Sevərək istifadə etdiyimiz bəzi qidalar orqanlarımıza bənzərliyi ilə diqqət çəkir. Alimlər bu bənzərliklərin səbəbsiz deyil, həmin orqanlara faydalı olmasından xəbər verir. 


Medicina.az bildirir ki, mətbəxdə istifadə edilən bəzi tərəvəzlər bir çox orqanlara bənzədilə bilər. Bu tərəvəzlərin bənzədikləri orqanlara faydalı olmasından xəbər verir. 


1) Avakado

 

Avakado ana bətnində olan körpəyə bənzəir. Amma bu bənzərlik sadəcə forma ilə məhdudlaşmır. Belə ki, avakadonun yetişməsi üçün 9 ay vaxt tələb olunur. Uşağın ana bətnində qaldığı kimi. Avokado uşaqlıq boynu xərçəngindən qoruyur və hormonları normada saxlayır.

 

 

 

2) Zəncəfil

 

Zəncəfil kötüyünün mədə ilə bənzərliyi var. Bu bitki əsasən həzm sisteminin pozuntuları zamanı fayda verir. Zəncəfil mədə bulantısı, qusma, qəbizlik və qaz problemlərinə qarşı tətbiq edilir. Eyni zamanda qastrit müalicəsində də faydalıdır. 



3) Qoz


Qoz xaricdən yaşıl qabıqla örtülərək sanki içərisində beyin olan kiçik başı xatırladır. Ləpələrin üzərində olan qırışlar beyində olan qırışlarla tam uyğun gəlir. Təsadüfi deyil ki, bu çərəzdən daha əvəllər psixoloji pozuntusu olan insanların müalicəsində istifadə edilirdi. Beyin inkişafı üçün çox faydalı olan qozun tərkibində yaddaşı gücləndirən omega-3 yağları mövcuddur. Gün ərzində istifadə edəcəyiniz 4 ədəd qoz beyin sağlamlığını əhəmiyyətli dərəcədə qoruyacaq. 


4) Pomidor 


Pomidorun tərkibində olan vitaminlər ürək üçün çox faydalıdır. Pomidorda olan likopen adlı antioksidant, lif, kalsium və C vitamini ürək sağlamlığı üçün çox faydalı hesab edilir. Araşdırmalara görə bu tərəvəzin tərkibində olan antioksidantlar qanı təmizləyir və damar tıxanıqlığını aradan qaldırır. 

Pomidorun en kəsiyinə baxdıqda onun daxili quruluşunun ürəyə bənzəıdiyini rahatlıqla görmək olar. 


5) Yerkökü


Yerkökünün tərkibində olan beta-karoten sayəsində gözlərni sağlamlığı qorunur. Araşdırmalara görə, heç yerkökü yeməyən insanlarda göz təzyiqinə tez-tez rast gəlinir.  Bundan başqa beta-karoten insan orqanzimində A vitamininə çevrilərək gözlərin nəmli qalmasını təmin edir. 


6) Nar


Nar dənənləri qan kürəciklərini xatırladır. Buna görə də bu meyvənin qan-damar sistemi üçün çox faydalı olduğu bildirilir. Tərkibində olan antioksidantlar damarları təmizləyir, ürəyin işini yüngülləşdirir. 


7) Kivi

 

Kivi meyvəsinin forması göz bəbəyinə bənzəyir. Tərkibində bol miqdarda E ve C vitamini olan kivi meyvəsi yaşlılıqla əlaqədar olan görmə zəifliyinin qarşısını alır. 

 

Arzu

Medicina.az