Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Hər şey burnumdakı sızanaqdan başladı” – 8 dəfə onkoloji əməliyyat keçirən aparıcı

  • 2020.01.18 17:19
  • 3595 Baxış
“Hər şey burnumdakı sızanaqdan başladı” –  8 dəfə onkoloji əməliyyat keçirən aparıcı




Rusiyanın məşhur teleaparıcısı Kira Proşutinskaya bir neçə aydır xərçənglə mübarizə aparır. Bir müddət xəstəliyini gizlətsə də, artıq insanları bu mövzuda maarifləndirən qadın düzgün müalicə üçün nələr lazım olduğunu təbliğ edir.


Medicina.az xəbər verir ki,hər şey bir neçə il öncə burnunun ucunda çıxan sızanaqdan sonra başladı. Həkimə getsə də, hətta yaxın professor belə heç nə olmadığını bildirib.

“Amma sızanağın daha da ağırlaşdığını görüb, terapevt məni Kaşirskiy onkoloji mərkəzinə göndərdilər. Orda burnuma baxan kimi dedilər: Bu vaxta qədər hardaydız, niyə gecikmisiz? Məni təcili əməliyyata aldılar. Ya öləcəkdim, ya da əlil olacaqdım. Hər şeyə hazır idim və çox qorxurdum”.

Üzündə 8 əməliyyat keçirən qadın xəstəliyi geridə qoymağı bacardı.
74 yaşlı aparıcı indi də peşəsini davam etdirir, cəmiyyətə aktiv qatılır.

O, hər kəsi burunda olan ən xırda sızanağa qarşı diqqətli olnağa çağırır.