Həm tez hazırlanan, həm də ləzzətli olmasına görə səhər yeməklərinin ən çox sevilən bişməsi olan kökənin insan orqanizminə verdiyi zərəri bilmək yararınıza olacaq.
Medicina.az səhər yeməyində kökəyə üstünlük verənləri maraqlandıran araşdırmanın yekun nəticələrini təqdim edir.
Mütəxəssislərin araşdırmalarına görə 2 ay davamlı olaraq hər səhər kökə yeyən adamların bədənində 2.5 kq yağ yığılır.
Bir ədəd kökənin verdiyi artıq çəkidən xilas olmaq üçün isə 7.500 addım atmaq lazımdır.
Əgər bu sizi narahat edirsə, onda səhər yeməyində yediklərinizə diqqət edin. Xüsusən un məmulatları və şirniyyatlardan uzaq durun.
Qeyd edək ki, gündəlik qidalanma rasionumuzun ən vacibi səhər yeməyidir. Bütün mütəxəssislərin ortaq fikri səhər yeməyininin ixtisara salınmamasından yanadır.
Səhər yeməyində protein və lif dəyəri yüksək olan, meyvə-tərəvəzlərə üstünlük vereməyiniz məsləhətdir.