ÜST hər gün 500 qram tərəvəz və meyvə yeməyi tövsiyə edir.
Həkimlər bildirir ki, gündə cəmi 1 alma yemək ürək-damar, şəkər, bağırsaq problemnlərinin qarşısını alır. Lakin düzgün yeyilmədikdə, alma belə zərər verə bilər.
"Medicina" xəbər verir ki, endokrinoloq Zuhra Pavlova almanın da ayrıca bir qida qəbulu olduğunu açıqlayıb.
"Çox insanlar elə bilir ki, alma, qarpız, armud, meyvə-giləmeyvə qida qəbulu yox, sadəcə atışdırmalıqdır. Bir çoxları isə almanı sadəcə vitamin mənbəyi hesab edir.
Amma bilməliyik ki, almada, meyvəfə fruktoza var. Diabet, qaraciyər probleminin birinci səbəbi də elə fruktozadır.
Səhər və ya gündüz acqarına alma yemək iştahı yüksəldir, doyma hissi itir, ona görə insan almadan sonra normadan artıq yemək istəyir.
Yaxşı olar ki, qida qəbulunu tərəvəzlə başlayasız, çeyvələri isə desert kimi yeməkdən sonra az miqdar yeyəsiz.
Almadan siz yalnız lif, qlükoza, fruktoza ala bilərsiz.
İdeal olaraq mədəyə qida zülalla daxil olmalıdır. Məhz zülal digər prosesləri işə salır".
Aygün Musayeva