Türkiyənin Eskişehir şəhərində yaşayan Muzaffer Işık adlı şəxs 36 ildir oturaraq yatır.
Medicina.az xəbər verir ki, o KOAH xəstəsidir və yatarkən nəfəs ala bilmədiyi üçün oturaraq yatır.
Yatarkən ürək ritmində təzyiq yaranması səbəbindən nəfəssiz qalan 67 yaşlı Işık evdə divanda, çöldə isə stolda əyləşib yatır. Onun ən böyük arzusu normal insanlar kimi yatmaqdır.
Ayaqlarında damarların tıxanması və belindəki şişkinliklər səbəbindən Işıkın gəzməsi də çətinləşir. O arxası üstə yatdığı günləri xatırlayaraq, sağlamlığın nə qədər vacib olduğunu vurğulayıb.
"36 ildir çarpayı görməmişəm. Səhərə qədər bu stulda otururam. "Cənab, Rəbbim, bu gün də sağ qaldım" deyə şükür edirəm. Heç vaxt arxası üstə yatmıram. Hamı yatır, mən isə uşaq kimi ağlayıram. Daim oturmaq məni çox narahat edir. Oturduğumda da hərəkət etməliyəm. Yoxsa yenə nəfəsim kəsilər. Xəstəxana yaxın olduğundan bəzən təcili yardım mərkəzinə gedirəm. Serum verirlər. Serum rahatladır, amma bu müvəqqətidir", - deyə Işık qeyd edib.