Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Hər kəs ayda 3 gün bədənini detoks etməlidir ki, zəhərlərdən təmizlənsin” - Sağlıqlı yaşam kouçundan ŞOK

  • 2019.10.16 20:28
  • 77244 Baxış
“Hər kəs ayda 3 gün bədənini detoks etməlidir ki, zəhərlərdən təmizlənsin” -  Sağlıqlı yaşam kouçundan ŞOK

Müasir zamanda istifadə edilən ərzaq məhsullarının, meyvə tərəvəzlərin  tərkibinin süni maddələrlə bol olması orqanzimdə toksinlərin yığılmasına, vaxtsız qocalmağa və ağır xəstəliklərə gətirib çıxarır. Buna görə də hər kəs bədənində toplanan zərərli maddələrdən təmizlənmək üçün vaxtaşırı olaraq detoks etməlidir. Uşaqların sağlan böyüməsi, immunitetlərinin möhkəm olması üçün bir sıra şəfalı bitkilərdən istifadə edilməlidir. Lakin  bu işlə kortəbii şəkildə deyil, xüsusi insanların yəni Sağlıqlı yaşam təlimçilərinin  yardımı ilə  həyata keçirilməlidir. 


Sağlıqlı yaşam kouçu Gülpəri Medicina.az-a sağlam yaşamaq, yaşlanmaq üçün yox, sağlam  yaş almaq üçün və yaşlandıqda belə gözəl, sağlam qalmaq üçün bir sıra tövsiyyələr verdi. 

 



Niyə məhz sağlam yaşam kouçu?


"Mənim qızımın 23 yaşı var. Bitkilərlə məşğul olmağımın əsas səbəbi də qızımda olan bir rahatsızlıqdır. Qızımda anadangəlmə olaraq  immunitet və allergiya problemləri vardı . Ona necə kömək edə biləcəyimi araşdırarkən, mən bitkilərin şəfaverici xısusiyyətləri ilə tanış olaraq bu sahəyə baş vurdum.   Qızıma probiotiklərlə zəngin qidalar, əsasən də kənd qatığı və propolis verməyə başladım. Bu ona çox kömək oldu. Bitkilərlə apardığımız əlavə müalicə ilə qızımın problemləri demək olar ki, aradan qalxdı. Mənim özümdə isə Haşimoto xəstəliyi, yəni immunitet problemləri vardı. Bitki qarışımları ilə müalicəni özümə də tətbiq etdim və müsbət nəticə aldıqdan sonra bitkilərin gücünə inanmağa başladım və həyatımı bu yola həsr etdim. Təcrübəmi öz üzəimdə yaşadığım üçün ona görə də tam əminliklə bitkilərlə müalicəni məsləhət görürəm".

 

 


 

Uşaqları güclə yeməyə məcbur etməyin

 


"Artıq məktəb mövsümünün başlayıb. Çox zaman analar uşaqlarının diqqətsizliyindən, dərs vəsaitini yaxşı qavraya bilməməsindən, tez yorulmaqlarından şikayətlənirər. Valideynlər  məktəbli uşaqlara gündə heç olmasa 2-3 ədəd qoz, fındıq, 1 qaşıq bal kimi qidalar versinlər.  Apteklərdə stabilizə olunmuş aloe vera maddəsi satılır ki, uşaqlara bu maddədən gündə 1 qaşıq verilməlidir. Onu da qeyd edim ki bu qida əlavəsi evdə hazırlanmamalıdır. Çünki aloyenin tərkibində çox miqdarda güclü təsirə malik maddələr var, bu maddələr zərərlidir.

 

Analar yaxşı olardı ki, GMO tərkibli, tez yetişən və mövsümündə satılmayan meyvə-tərəvəzlərdən uşaqlarını uzaq tutsunlar. Həmçinin də paketlənmiş qidalar, məsələn çipsi və s tipli məhsullar da bu siyahıya aid edilə bilər. Belə qidaların uşaqların hormon və sinir sisteminə zərər verdiyi aşkarlanıb.


Həmçinin təbii bal, sirkə, limon, qara çörəkotu yağı, zəncəfil, sarıkök  kimi məhsullar da çox faydalıdır.  Amma bu maddələrdən sui-istifadə etmək olmaz. 

Həmçinin gün ərzində bol miqdarda su içilməlidir. Çünki bədəndə gedən bütün proseslər maye mühitində baş tutur. Yaxşı olar ki, uşaqları şirniyyatdan, şirin qazlı sulardan uzaq tutsunlar. Uşağı yemək yeməyə məcbur etmək məsləhət deyil . Onu bilin ki, uşaq orqanzimi özünə lazım olan qida normasını alır. Artıq qida onun orqanzimi üçün əksinə yükdür. Buna görə də uşağı istədiyindən çox qida almasına məcbur etməyin". 


 

Nar şirəsi uşaq və hamilə qadınlara vacibdir


Azərbaycanda yetişən nar möcüzəvi bir meyvə olduğu kimi onun şirəsi də şəfaverici və çox güclü antioksidantdır. Bu şirə bədəndə olan bütün toksinləri çıxartmaq qabiliyyətinə malikdir. Həmçinin qan azlığının qarşısını da alır. Nə qədər ki, mövsümüdür, həm böyüklər, həm də uşaqlar nar suyundan bol-bol istifadə etməlidirlər. Bu həm də immunitetin artıraraq insanı mövsimi xəstəliklərdən də qoruyur. Nar şirəsi uşaqların beyinlərinin inkişafı üçün çox əhəmiyyətlidir. Hamilə qadınlar da gələcəkdə övladlarının daha sağlam və ağıllı olması üçün nar şirəsindən bol-bol istifadə etməlidirlər. 

 

 

Gündə 1 dəfə sulu yemək vacibdir


Elə insanlar var ki, onlar sulu yeməklərdən imtina edərək, yalnız qura qidalarla qidalanırlar. Bu tamamilə yalnışdır. Çünki quru yeməklər toksinlərin bədəndə yığılıb qalmasına gətirib çıxarır. Buna görə də həm böyüklər, əsasən də uşaqlar gündə heç olmasa bir dəfə sulu yemək yeməlidirlər. Yaxşı olar ki, təbii yollarla əldə edilən məhsullardan istifadə edilsin.  Məsələn kənd çolpası, kənd yumurtası, nehrə yağı, təbii süd və s kimi ərzaqlara üstünlük verin. 

Əgər zərərli qidalarla qidalanmaqdan özünüzü saxlaya bilmirsinizsə, o zaman ayda heç olmasa bir dəfə 3 gün müddətində detoks proqramı həyata keçirməyiniz şərtdir. Bu detoks proqramlarını da kor-koranə deyil, mütəxəssis köməyi ilə həyata keçirmək lazımdır.

 

 



Sağlamlığın sirri pozitivlikdədir


Xoşbəxtliyin sirri hər zaman pozitiv olmaqdadır. Əsəbilik insanın nəinki beyin hüceyrələrin, həmçinin də bütün orqanziminə öldürücü təsir edir. Düzdür müasir dünyada insan gündəlik bir sıra problemlərlə üzləşərək stressə məruz qalır.  Üstəlik də istifadə edilən meyvə tərəvəzin, qadaların bir çox kimyəvi maddələrlə zəngin olması orqanzimə çox böyük zərər vurur. Bu zərər isə xəstəliklər şəklində üzə çıxır. Ən əsas da İmmunitetin düşməsi səbəbindən bir sıra autoimmun xəstəlikər, o cümlədən də xərçəng inkişaf edir. Bunları yaşamamaq üçün biz yaşam kouçları insanlara bir sıra bitkilərdən hazırlanan içkilər və qida əlavələri ilə dəstək olaraq, onların hər hansı xəstəliyə yoluxmalarını qarşısını alırıq. İlk növbədə edəcəyimiz mərkəzi sinir sistemini sakitləşdirməkdir. Bunun üçün də bir sıra bitkilərin qarışıqlarından istifadə edilir.

 


Sonda sağlam olmaq üçün hər kəsə sevməyi, pozitiv olmağı, sağlam qidalanmağı, idmanla məşğul olmağı məsləhət görürəm. Bu cür yaşayaraq yaşlanmayacaq, sadəcə sağlam bir şəkildə yaş alacaqsınız. 

 


“Hər kəs ayda 3 gün bədənini detoks etməlidir ki, zəhərlərdən təmizlənsin” -  Sağlıqlı yaşam kouçundan ŞOK
“Hər kəs ayda 3 gün bədənini detoks etməlidir ki, zəhərlərdən təmizlənsin” -  Sağlıqlı yaşam kouçundan ŞOK
“Hər kəs ayda 3 gün bədənini detoks etməlidir ki, zəhərlərdən təmizlənsin” -  Sağlıqlı yaşam kouçundan ŞOK