Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 ilə Mübarizə üzrə Xüsusi Nümayəndəsi David Nabarro, "omikron" koronavirus ştamının son dərəcə yüksək sürətlə yayıldığını söyləyib.
Medicina.az xəbər verir ki, o, "omikron" ştamının son dərəcə sürətlə yayıldığını, yoluxanların sayının hər iki-üç gündə iki dəfə artırdığını açıq şəkildə göstərmək üçün kifayət qədər məlumatın olduğunu vurğulayıb.
ÜST-nin xüsusi nümayəndəsi hesab edir ki, bu, çox ciddi vəziyyətdir və xəstəliyin yayılmasının qeyri-adi sürətlənməsinin yalnız başlanğıcıdır: "Koronavirusun "omikron" ştamı ilə əlaqədar olaraq əhalinin, o cümlədən üçüncü "buster" doza ilə peyvəndini davam etmək lazımdır. Bundan əlavə, istisnasız olaraq bütün insanlar üçün sosial təmasları minimuma endirməklə virusun yayılmasını azaltmaq lazımdır.