“BioNTech”in qurucu ortaqlarından biri, professor Uğur Şahin koronavirus peyvəndi ilə bağlı açıqlamasını paylaşıb.
Medicina.az xəbər verir ki, U.Şahin peyvəndin təfərrüatlarını və peyvəndlə bağlı proqnozlarını bildirərək, ildə neçə dəfə peyvənd etdirməyin mümkün olduğunu söyləyib:
"Dördüncü aydan sonra peyvəndin təsiri azalmağa başlayır və altıncı ayda bu azalma sürətlənir. İkincisi, bu peyvənd ağır xəstəliklərin qarşısını alır. Koronavirus peyvəndi olanlar xəstəliyi daha yüngül şəkildə keçirirlər… Bizim peyvənd artıq iki doza olaraq təsdiqlənib. Əhəmiyyətli olan odur ki, peyvəndin üçüncü dozası qorunmanı yenidən artırır. İki dozadan sonra qorumanın daha uzun sürəcəyini gözləyirik”.
"Hazırda dördüncü doza koronavirus peyvəndinin təsiri və nə vaxt edilməsinin lazım olduğuna dair heç bir araşdırmamız yoxdur. Virusun yeni variantlardan narahatıq və biz bilirik ki, koronavirusa qarşı qorunmanı yenidən 95 %-ə çatdıra bilərik”, – deyə professor bildirib.
Alim vurğulayıb ki, ildə bir dəfə koronavirus peyvəndi edilməsi kifayətdir.