Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər il 1,4 milyon insan hepatitdən vəfat edir

  • 2021.07.28 11:34
  • 1228 Baxış
Hər il 1,4 milyon insan hepatitdən vəfat edir
“Hər il dünyada 1,4 milyon adam hepatitdən vəfat edir”.

Medicina.az -ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov bildirib.

Onun sözlərinə görə, yer üzündə 290 milyondan çox adam hepatit olduğunu bilmədən yaşayır: “Hepatit çox bəşəri problemdir. Ölkəmizdə də hepatit problemi ilə bağlı kompleks addımlar atılır”.

Mərkəzi Gömrük Hospitalın Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin rəisi Mircəlal Kazımi də deyib ki, hepatit çox ciddi problemdir: “Dünya səhiyyə təşkilatının məlumatına görə, hepatitlərdən ölüm sayı AİDS xəstələrindən qat-qat daha çoxdur. Amma hepatitlərə çox da ciddi yanaşılmır, səthi yanaşılır. Hepatitin yaratdığı ciddi xəstəliklər, eyni zamanda, ilkin olaraq soyuqdəymə, baş ağrısı ilə başlayan xəstəliklər 15-20 il sonra orqan transplantasiyasına aparan ciddi fəsadlara aparıb çıxarır”.