Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər iki amerikalıdan biri bu xəstəliyə tutulacaq - ABŞ-da qorxulu vəziyyət

  • 2025.01.17 09:31
  • 230 Baxış
Hər iki amerikalıdan biri bu xəstəliyə tutulacaq -  ABŞ-da qorxulu vəziyyət
2060-cı ilə qədər ABŞ-da demensiyadan əziyyət çəkən insanların sayı iki dəfə artacaq.

Medicina.az xəbər verir ki, ABŞ-ın müxtəlif institutlarından olan tədqiqat qrupunun fikrincə, sayın artması ölkədə əhalinin yaşının artması ilə birbaşa bağlıdır.

"Tədqiqatımızın nəticələri yaxın illərdə ABŞ-da demansın əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır. Təxmin edilir ki, hər iki amerikalıdan biri 55 yaşından sonra çətinliklər yaşayacaq", - epidemioloq Cozef Koreş bildirib.

Tədqiqatçılar 1987-2020-ci illər arasında toplanmış 15.043 yetkin şəxsin məlumatlarını təhlil edərək, 55 yaşdan sonra demans riskinin 42 faiz olduğunu müəyyən ediblər. Bu göstərici əvvəlki hesablamalardan xeyli yüksəkdir.

Qeyd edilir ki, bu, ciddi narahatlıq doğurur, çünki ABŞ-da demans üçün səhiyyə xərclərinin hər il təxminən 600 milyard dollardır.

Aygün Nəbiyeva
Medicina.az