Bu gün dünyada geniş yayılan və əsas ölüm səbəblərindən olan onkoloji xəstəliklər riskini azaltmaq üçün müntəzəm olaraq bəzi ərzaqları yemək lazımdır.
“Medicina” xəbər verir ki, onkoloq Hamis Maqomedov bu qidaları sadalayıb.
“Rasiona sitruslar, qreypfrut daxil edilməlidir.
Bu meyvədə monoterpenlər – orqanizmi kanserogen maddələrdən təmizləyən xüsusi maddələr var.
Portağal və limonda da şiş hüceyrələrinə hücum edən limonen maddəsi var.
Çalışın bişməmiş, qızardılmamış tərəvəzlər yeyəsiz.
Onlarda çoxlu lif var.
Lif maddələr mübadiləsini tənzimləyir, bağırsaqları təmizləyir, piylənməyə qarşıdır.
Lif isə brokkoli, brüsel kələmi, kökdə var.
Banan, alma, armud, moruq, çiyələk də öz yerində.
Xərçəngin profilaktikası üçün tam taxıllar da vacibdir.
Onlar antioksidantlar, zülal, vitamin və minerallarla zəngindir. Qəhvəyi düyü, qarabaşaq və kinoa əsas qarniriniz olsun”.
Aygün Musayeva