Suda, havada, eləcə də dənizdə və torpaqda tapılan mikroplastiklər əvvəllər düşünüldüyündən daha təhlükəli ola bilər.
Alimlərin araşdırmalarına görə, havada tapılan mikroplastiklərin miqdarı xeyli dərəcədə artır. Belə ki, biz hər həftə bank kartına bərabər olan mikroplastiklərlə nəfəs ala bilərik.
“Medicina” xəbər verir ki, terapevt İrina Andreyevnanın sözlərinə görə, mikroplastiklər uzunluğu beş millimetrdən az olan istənilən növ plastikin kiçik hissəcikləridir. Onlar ya xüsusi olaraq kosmetika və ya toxuculuqda istifadə üçün hazırlanır, ya da ətraf mühitə məruz qaldıqda parçalanan daha böyük plastik parçalarından ibarətdir.
“Bu potensial zəhərli hissəciklər burun içərisində və boğazın arxasında toplanır .
Qlobal mikroplastik istehsalı sürətlə artır və havada mikroplastiklərin sıxlığı əhəmiyyətli dərəcədə artır.
Tədqiqatlar tənəffüs yollarının dərinliklərində mikroplastikləri aşkar edib və bu tənəffüs sağlamlığı üçün böyük təhlükə yaradır.
Mikroplastiklərin dənizlərdə, şirin sularda yığılır, dəniz məhsulları, kran suyu və ya digər qidalar vasitəsilə də orqanizmə daxil ola bilər”.
Aynurə Məmmədova