Xərçəng xəstəliyi gedərək daha çox yayılmağa başladığı üçün elm adamları bu xəstəliyin qidalanma və sağlam yaşam ilə əlaqəsini araşdırmağa davam edir.
Medicina.az xəbər verir ki, mütəxəssislər sağlam həyat üçün ilk növbədə şəkərin rasiondan çıxarılmalı olduğunu deyiblər.
"Lazımi qədər istehlak edildikdə bal, meyvə, yaxud pəhməz orqanizm üçün lazım olan şəkəri təmin edir. Balı səhər yeməyində yemək heç bir problem yaratmır, lakin qaşıq-qaşıq yesəniz ciddi problemlə üzləşə bilərsiniz”, - deyə uzmanlar qeyd edir.
Xərçəngin irəliləməməsi, müalicəsinin uğurlu olması üçün isə pəhməz, xurma və əncir qurusu ilə lazımi şəkər təminatını ödəmək lazımdır. Fruktoza tərkibli qidalardan və palm yağından uzaq durmaq lazımdır.
Kolbasa, sosiska isə tez-tez yeyilməməlidir
Prostat xərçəngi
Prostat xərçəngi yaxşı qidalanan, yüksək protein qəbul edən, kolbasa, sosiska kimi məhsullardan istifadə edən piylənməyə meyilli şəxslərdə rast gəlinir.
Ağciyər xərçəngi isə daha zəif olanların xsətəliyi kimi qruplaşdırılıb.
Qida borusu və mədə xərçənginə isə daha fərqli qidalanan şəxslər tutulur.
Mütəxəssislər yumurtanı vacib qidalardan hesab edirlər. Lakin mütləq qədərində yeyilməlidir.
Məlumata görə, bir qida mütəmadi olaraq istehlak edilərsə, xərçəngə səbəb ola bilər. Belə ki, hər gün eyni qida yeyilərsə, immun sistemi bununla mübarizə apara bilmir və orqanizmdən təmizləmir. Ona görə də yumurta həftədə bir dəfə qəbul edilə bilər. Hər gün istehlak edilərsə, 18 faiz hallarda xərçəngə səbəb olur.