82 yaşlı diabet xəstəsi qarın və mədəsində güclü ağrılarla hospitəlizə olunub.
Bakupost.az xəbər verir ki, xəstədə ciddi tromblaşma aşkar olunur.
Dərin venalarda tromboz nəticəsində mədə-bağırsaq sistemindən qaraciyərə qan dövranı pozulmuşdu.
Həkim terapevt İqor Strokov bildirib ki, qadın hər gün xurma tumu tozu qəbul edirmiş.
“O, 2-3 həftə dizlərindəki ağrıya qarşı kiminsə tövsiyəsi ilə xurma çəyirdiklərini üyüdüb toz halında 2 qaşıq yeyirdi.
Bu tozda olan yüksək miqdarda selen konsentratı TMAO adlı birləşmə yaradıb, qanın laxtalanmasını və tromblaşmasını artırır.
Bu qadında mədədən qaraciyərə keçən damarda tromb əmələ gəlmişdi.
Hazırda bir çox mənbələrdə ərəb xurmasının tozunun superqida kimi təbliği gedir, qanda şəkəri salır. Amma yaşlı insanlarda ağır reaksiyalara səbəb ola bilər”.
Aygün Musayeva
BakuPost