Daim, hər gün ürəkbulanma və mədə, qarının yuxarısında ağırlıq, sanki doyma hissi mədə xərçənginin əlaməti ola bilər.
“Medicina” xəbər verir ki, onkoloq, cərrah İvan Karasev geniş yayılmış mədə xərçənginin ilkin əlamətini açıqlayıb.
“Təəssüf ki, ürəkbulanma adi qastrit, pankreatit və digər həzm xəstəliklərində olur. Ona görə çox zaman xərçəngdən şübhlənmir.
Amma hər gün ürəkbulanma varsa, xüsusən yaş 50-dən yuxarıdırsa, mütləq mədə-bağırsaq sistemi yoxlanmalıdır.
60% hallarda onkoloji xəstəliklər 55 yaşdan sonra baş qaldırır.
Mədə xərçənginin digər çox rast gəlinən əlamətləri:
- Dispepsiya – dolma hissi, yeməkdən sonra mədədə dolğunluq, ağırlıq
- İştahsızlıq – sevdiyin yeməklərə marağın itməsi
- Gəyirmə, mədə yanması, göynəmə
- Mədə və qarın hissədə ağrı, şişkinlik
- Müntəzəm ürək bulanma, arada qusma
- Ümumi zəiflik, yorğunluq, arıqlama
- Qarının çox şişməsi
- Qara nəcis
- Qəbizlik və ya ishal
Gəncliyində mədəsində Helikobakteri olanlarda risk yüksəkdir.
Eləcə də mədəsində xroniki qastrit və xora olanlarda sonradan xərçəng yarana bilər”.
Aygün Musayeva