Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün şoraba yemək olarmı? - Xərçəng riski

  • 2022.10.06 15:12
  • 3017 Baxış
Hər gün şoraba yemək olarmı?   - Xərçəng riski
Hər gün duzlu qidalar, şoraba yemək orqanizmə zərərlidirmi?


"Medicina" xəbər verir ki, duza qoyulmuş kələm, xiyar, pomidor fermentləşdirilmiş ərzaqlar kimi orqanizmə xeyirlidir.


Onlar A, K, kalium,fosfor, fol turşusu mənbəyidir.

Həmçinin onlarda neta karotin antioksidantı diabet və ürək xəstəliklərinin qarşısını alır.

Buna baxmayaraq, onları hər gün yemək olmaz.

Orqanizmdə natrium çoxalır, nəticədə təzyiq yüksəlir, ödem, toxumalar şişir, qaraciyər və böyrəklərə təzyiq düşür, sümüklərin əriməsi başlayır, qida borusu və mədə xərçəngi riski artır.

Təzyiq və şəkər xəstələri ümumiyyətlə birdəfə 50 qramdan artıq şoraba yeməməlidir. Həmin gün bol su içməlidir.


Aygün Musayeva