Həkimlərin fikrincə, hər gün səhər sıyıq yedikdə həm enerjinin bərpası prosesi, həm də sağlamlığınızın möhkəmlənməsi prosesində böyük rol oynayacaq.
“Medicina” xəbər verir ki, faydalı sıyıqlardan qarğıdalı sıyığı,darı sıyığı, düyü sıyığı, yulaf əzməsi sıyığı və digərlərini adını çəkmək olar.
Qarğıdalı sıyığında çoxlu vitaminlər – A, B, C. ,E, K, PP və digər mikroelementlər kalsium, kalium, mis, dəmir, fosfor, silisium var.
Bu sıyıqda belə bir möhtəşəm vitamin və mikroelement zənginliyi sağlamlığı qorumağa, sinir sistemini sabitləşdirməyə və digər xəstəliklərin qarşısını almağa kömək edir. Həmçinin qarğıdalı sıyığı dərinin elastikliyini, saç parlaqlığını və dişlərin möhkəmliyini qorumağa təsir edir. Lakin allergiyaı olan insanlar bu sıyığın yeyilməsinə diqqət etməlidir.
Yulaf əzməsi karbohidratların, zülalların, yağların, vitaminlərin (PP, B, E, A qrupları), mikroelementlərin (fosfor, kalsium, maqnezium, silikon) və pəhriz lifinin yaxşı mənbəyidir. amin turşusu tərkibinə görə, yulaf ümumiyyətlə əzələ zülalının tərkibinə yaxındır.
Mannı kimi tanıdığımız sıyığı hər hansı bir problemi olan belə yeyə bilər. Amma tez – tez istifadə kökəlməyə gətirib çıxarda bilər. Mannı sürətli karbohidratlara aiddir, qanda qlükoza səviyyəsini artırır,bu da çox miqdarda insulinin sərbəst buraxılmasına səbəb olur. Amma bəzi sıyıqlar var ki ,tərkibindəki minerallar bəzi xəstəliklər üçün təhlükəlidir.
Günay