Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün “qreçka” yeməyin zərərləri - Dietoloqdan xəbərdarlıq

  • 2022.03.07 15:57
  • 5454 Baxış
Hər gün “qreçka” yeməyin zərərləri  - Dietoloqdan xəbərdarlıq

Hər gün və çoxlu qarabaşaq “qreçka” yemək insan sağlamlığı üçün təhlükəlidir.

Bakupost xəbər verir ki, bu barədə rusiyalı dietoloq Yelena Şetinina məlumat verib.

Qarabaşaq asan, əlçatan, ucuz və faydalı qarnir olduğu üçün çox ailələrdə bişirilir.

Lakin çörək, un məmulatları qəbul edən insan üçün qarabaşaq əlavə karbohidrat yüküdür. Çox miqdar qarabaşaq qanda şəkəri artırır, maddələr mübadiləsini pozur.


“Qarabaşaq mürəkkləb karbohidratdır, o karbohudrat balansını pozur, qanda qlükozanı yüksək tutur. Ona görə diabet və ürək xəstələrinə bu yarma olmaz. Gündə 200 qramdan artıq yemək tövsiyə olunmur. Ən yaxşı halda həftədə 3 dəfə yemək olar” – deyə həkim bildirib.


A.Musayeva
BakuPost