Hər yaşda rahat şəkildə yeyilə bilən qatığın faydalarından az-çox məlumatınız var. Bu faydalı süd məhsulunun daha bir xeyirli tərəfi ortaya çıxıb.
Medicina.az xəbər verir ki, kalsium, B vitaminləri, potasiyum və maqneziyumla zəngin olan qatıqdan hər gün 2 su stəkanı qədər yemək, döş xərçəngi riksini azaldır.
Aparılan bir araşdırma nəticəsində məlum olub ki, gündəlik 400 qram və ondan çox qatıq yemək döş xərçəngi riskini 10%-ə yaxın azaldır. Hətta bu azalma göstəricisi Asiya ölkələrində 27%- dir.
Digər bir araşdırmada isə 1 milyon 63 min 471 min şəxdən əldə edilən məlumatlar dəyərləndirilib. Nəticədə hər gün qatıq yeyən şəxslərin yeməyən şəxslərə nisbətən daha az risk altında olduğu məlum olub.