Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün pomidor yemək nəyə xeyirlidir?

  • 2023.06.19 12:12
  • 3796 Baxış
Hər gün pomidor yemək nəyə xeyirlidir?
Yay ayları hər gün çoxlu pomidor yemək üçün yaxşı fürsətdir. İlin bu vaxtında onlar faydalı mikroelementlərlə maksimum zəngindir.


“Medicina” xəbər verir ki, nutrisoloq Olesi Markinoyun sözlərinə görə, gündəlik menyuda pomidor bolluğu bir çox sağlamlıq probleminin qarşısını almağa kömək edəcək.

“Ürək-damar sisteminin işini normallaşdırır. Şirəli meyvələrdə ürək sağlamlığı üçün faydalı olan çoxlu iz elementləri - kalium, xolin, likopen və s. var. Onların hər biri qan damarlarının divarlarını gücləndirməyə, "pis" xolesterinin səviyyəsini və qan laxtalanma riskini azaltmağa kömək edir. Bundan əlavə, pomidor sevənlər bir qayda olaraq, təzyiqlə bağlı problem yaşamırlar.


Sağlam çəki saxlamağa kömək edir. Bu pomidorun aşağı kalorili olması, yağın olmaması və maddələr mübadiləsi üçün son dərəcə faydalı lifin olması ilə əlaqədardır.

Pomidorun müntəzəm yeyilməsi köp, həzmsizlik və qəbizlik kimi problemlərini həll edir, həzmi yaxşılaşdırır.
Görmə kəskinliyini artırır. Pomidorda təkcə likopen deyil, beta-karotin, lutein və zeaksantin var.

Kanada alimləri müəyyən ediblər ki, gündə üç pomidor yeyən insanlar, pomidoru sevməyənlərdən orta hesabla 5 il sonra yalşa bağlı ilk dəyişiklikləri hiss edirlər.

Qan şəkərinin səviyyəsini normallaşdırır. Pomidor B vitaminləri ilə zəngindir, bu da qlükoza səviyyələrində sıçrayışların qarşısını almağa kömək edir. Amma bu effekti əldə etmək üçün çiy yemək daha yaxşıdır.

Xərçəngdən qoruyur. Pomidorun qanda sərbəst radikalları neytrallaşdıran və xərçəng riskini azaldan antioksidantlarla - likopen, A və C vitaminləri ilə zəngindir. Meyvələr xüsusilə prostat, mədə və kolorektal xərçəngin qarşısının alınmasında təsirlidir.

Sümükləri və dişləri gücləndirir. Yuxarıda qeyd edildiyi kimi, pomidorun tərkibində fosfor, maqnezium, kalium və kalsium var. Onlar sümük gücünü artırmaq üçün vacibdir. Bundan əlavə, kalsiumun udulmasına kömək edən D vitamini, həmçinin osteoporozun inkişafından qoruyan K vitamini və likopen var.

Aynurə Məmmədova