Hər gün kolbasa-sosis yeyən insanlar sağlamlıqlarını necə böyük riskə atdıqlarını bilmir.
“Medicina” xəbər verir ki, həkim Natalya Denisova hər gün kolbasa yeməyin təsirindən danışıb.
“Əsas yan təsirlərdən biri artıq çəki, piylənmədir.
Çünki kolbasa süni yağ, piy əlavələri var. Ətlə müqayisədə kolbasa piy 2-3 dəfə çoxdur. 100 qram bişmiş kolbasada 17 qram yağ var.
Hər gün kolbasa yemək vərdişi ödem, bədəndə şişkinlik, gözaltı torbalar yaradır. Çünki kolbasa məhsullarında natrium çoxdur. Yaşlı insanlarda təztiq yüksəlir, böyrəklərə zərbə vurur.
Müntəzəm olaraq, süni sintetik natriumun orqanizmə daxil olması toxumaları şişirir, qanın damarlardan axmasını ləngidir, ürəyin, böyrəyin işini pozur.
Əlbəttə ki, əsrin bəlası olan xərçəng kolbasa çox yeyənlərdə çox olur. Çünki kolbasada olan rəng və nitritlər potensial kanserogendir.
Əgər siz kolbasanı çox sevirsizsə, bu o deməkdir ki, beyin ondan asılıdır. Burdan o nəticə çıxır ki, həftədə 1-2 dilim sevimli kolbasadan yemək olar, amma hər gün yemək əvəzi kolbasayla keçinmək olmaz”.
Aygün Musayeva