Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün kələm yeməyin orqanizmə 7 mühüm FAYDASI

  • 2019.11.20 09:33
  • 9820 Baxış
Hər gün kələm yeməyin orqanizmə 7 mühüm  FAYDASI

Ən ucuz və əlçatan tərəvəzlərdən olan kələmin bir çox faydalı və müalicəvi xüsusiyyətləri var.



Medicina.az saglamolun-a istinadən xəbər verir ki, qida mütəxəssisləri kələmin bu xüsusiyyətlərini çox yüksək qiymətləndirir və onu müntəzəm olaraq yeməyi tövsiyə edir.

 


Rusiya diyetoloqları kələmin əsas 7 faydasını açıqlayıb.



-Kələm orqanizmi çox yaxşı təmizləyir, orqanizmdən ziyanlı maddələrin xaric edilməsini sürətləndirir.



-Podaqra, oynaq xəstəliklərindən əziyyət çəkənlər mütləq kələm yeməlidir ki, bu tərəvəz orqanizmdə sidik turşusunun səviyyəsini aşağı salır. Məhz sidik turşusunun səviyyəsinin artması bir çox oynaq xəstəliklərinin əsas səbəbidir.



-Kələm güclü iltihabəleyhinə təsirə malikdir. Orqanizmdə iltihabın səviyyəsini aşağı salır.



-Kələm xərçəngdən qoruyur. Bu xüsusilə süd vəzi xərçənginə aiddir.



-Qida lifləri ilə zəngin olduğundan kələm bağırsaqları çox yaxşı təmizləyir, qəbizliyi müalicə edir.



-Kələm ürək və damar xəstəliklərinin riskini azaldır, xolesterinin səviyyəsini və arterial təzyiqi aşağı salır, damarları təmizləyir və möhkəmləndirir.



-Kələm dərini gözəl, təmiz və sağlam edir.



Kələmdən maksimum fayda almaq üçün onu çiy halda salatlara əlavə etmək lazımdır.  


Hər gün kələm yeməyin orqanizmə 7 mühüm  FAYDASI
Hər gün kələm yeməyin orqanizmə 7 mühüm  FAYDASI