Hər gün kələm yemək orqanizmə nə dərəcədə faydalıdır?
“Medicina” xəbər yazır ki, endokrinoloq Yekaterinba Yanq kələmin müxtəlif növlərinin faydasından danışıb.
“Bu tərəvəz hər gün süfrəmizdə olmalıdır.
Əgər hər gün bir kələm növü, hətta adi baş kələm yesəniz, orqanizmi iltihab və xərçəngdən qoruya bilərsiz. Belə təsirin səbəbi tərəvəzdə olıan sulforafan adlı maddənin metobolik estrogenləri detoksikasiya etməsidir.
Bu maddə xroniki iltihabla effektiv mübarizə aparır.
Kələmdə bol askorbin turşusu var. Ümumilikdə kələmdə olan maddələrin summar təsiri xərçəng əleyhinədir.
Kələm qaraciyərə və ödə də faydalıdır, öd durğunluğunun qarşısını alır. Kələm bütün qanı və bağırsağı potensial toksinlərdən təmizləyir.
Rasiona kələm turşusu da əlavə edin. O, probiotik təsir edir. Kələm mədə, 12 barmaq xorası, kolit və xoralarda zərərlidir.
Zob xəstələri də ehtiyatlı olsun”.
Aygün Musayeva