Kartof yeməyi – istər püre, istər qızartmasına bağlılıq orqanizmə zərərdən başqa bir şey vermir.
“Medicina” xəbər verir ki, dietoloq Mixail Ginzburq kartofun potensial zərərindən danışıb.
“Kartof çörək, makaron, unla eyni qrupda və təsirdə olan qidadır.
Bişirilmiş kartof sürətli karbohidrat mənbəyidir, orqanizmi tez enerjiləndirir və piy toxuması yaradır.
100 qram kartof yeyəndə qana qlükozanı sürətlə atır, maddələr mübadiləsi pozulur, piylənmə, insulin dirənci yaranır.
Ona görə kartof endokrin, ürək-damar sistemi üçün zərərlidir. Çox kartof yeyənlərdə şəkər, piylənmə və ürək-damar problemləri yaranır.
Kartof yeyənlərdə təzyiq, damar aterosklerozu qaçılmazdır.
Kartofu həftədə 1 dəfə, qabığında yağsız bişirilmiş şəkildə yeyə bilərsiz.
Kartofu qaynar yeməyin, bu zaman nişasta qana tez sovrulmayacaq”.
Aygün Musayeva