Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün düyü suyu içməyin inanılmaz faydaları

  • 2024.05.24 18:12
  • 1068 Baxış
Hər gün düyü suyu içməyin  inanılmaz faydaları
Düyü suyu dəri və saç üçün son dərəcə faydalı mayedir. Düyü suyu içərək çox daha sağlam və gözəl olmaq mümkündür.

Medicina.az xəbər verir ki, insanların çoxu bunun fərqində olmasa da, düyü suyu qida maddələri ilə dolu son dərəcə sağlam içkidir.

Bu qədim Asiya resepti əsrlərdir istifadə olunur. Üstəlik, onu hazırlamaq da olduqca asandır.

Düyünü qaynadarkən əldə edilən və çox vaxt atılan su faydalı amin turşuları və minerallarla zəngindir. Ondan istifadə etməyin ən yaxşı yolu hazır olan kimi içməkdir. Çox miqdarda hazırlamaq və saxlamaq istəyirsinizsə, soyuducuda 2-3 günə qədər mühafizə edə bilərsiniz.

Düyü suyu istehlakı əhəmiyyətli miqdarda enerji təmin edir. Həmçinin həzmi yaxşılaşdıran və qəbizliyin qarşısını alan liflə zəngindir.

Digər tərəfdən, düyüdə olan antioksidantlar xərçəngin qarşısını alır və dərini günəşin zərərli təsirlərindən qoruyur.

Düyü bir çox müxtəlif vitamin və minerallarla, xüsusilə B vitamini ilə zəngindir. B vitaminləri sağlam dəri hüceyrələri üçün vacibdir.

Bir çox qadın düyü suyundan üz və saç qulluğunda da istifadə edir. Üzə tonik kimi, saçlara isə maska olaraq tətbiq etmək mümkündür.

Çin və Hindistanda qadınlar uzun və sağlam saçlarının parlaqlığını düyü suyuna borcludurlar.


Aysel