Darçın populyar ədviyyatdır, Cinnamonum fəsiləsinə aiddir. Hazırda Çində istehsal olunan başqa növ darçın çubuqları daha çox satılır, amma əsl Cinnamomum darçınında kumarin vardır ki, o qaraciyər üçün əvəzsizdir.
Darçının kimyəvi tərkibi sinnamaldeqid, sinnamat və darçın turşusundan ibarətdir.
Medicina.az hər gün istər bişmişlərdə, istər çayda darçın istifadə etməyin faydalarını təqdim edir:
Artıq elmi sübut olunub ki, darçın antikanserogen, antioksidant, iltihab əleyhinə, antimikrob təsir edir. Alsgeymer, Parkinson kimi nevroloji xəstəliklərə qarşıdır.
1.Sərbəst radikalları zərərsizləşdirir
Orqanizmi sıradan çıxaran səbəblərdən biri də sərbəst radikalların artmasıdır. Onları vaxtında zərərsizləşdirmək üçün antioksidant tərkibli qidalar qəbul olunmalıdır. Darçın da flavonoidlərlə zəngin olduğu üçün toxumaları, hüceyrələri sərbəst radikallardan təmizləyir
2.İltihabi xəstəlikləri azaldır
Bir çox elmi təcrübələr göstərib ki, darçın kökü iltihabın patogenezində əsas rol oynayan oksid azotu inqibə edir. Bizdə bir çox orqanlarda iltihab gedir, hətta oynaqlarımız da iltihabdan sıradan çıxır. Ona görə darçın tərkibli mazlar, yaxmalar, eləcə də darçın çayı, ekstraktı, yağı iltihab əleyhinə istifadə edilə bilər.
3.Xərçəng əleyhinə aktivdir
Prosianidlər 2-ci endotelial faktorun qarşısını alır. Damarların endotelinin inkişaf faktoru onkologiyada qan damarlarının formalaşmasında əsas faktordur. Ona görə də darçın xərçənglə bağlı olan damarların yaranmasının qarşısını alır
4.Diabetə qarşıdır
Darçında insulinə bənzər maddə var. Darçın həm qanda şəkəri salır, həm də qlükozanın hüceyrələrə çatmasını asanlaşdırır.
Maddələr mübadiləsini düzənləyir.
5.Nevroloji pozuntularda
Sübut olunub ki, darçın Parkinson və Alsgeymerə müsbət təsir edir.
Darçın Parkinson xəstələrində dofaminar neyronları qoruyur.
Eləcə də Alsgeymeri yaradan filamentlərin əmələ gəlməsinin qarşısını alır.
Darçın və yağı bakteriya və göbələkləri öldürür. Üzdə sızanaq və civzələri sağaldır.
Eləcə də darçın istifadə edənlərdə miokard infarkt riski azalır.