Müntəzəm olaraq fermentləşdirilmiş qidalar yemək orqanizmin xərçəngə qarşı müdafiəsini gücləndirir.
“Medicina” xəbər verir ki, endokrinoloq Zuhra Pavlova həmin qidaları sadalayıb.
“Bunlar hamınızın bildiyi turşuya təbii qoyulmuş turşular, turş süd məhsullarıdır.
Duza qoyulmuş kələm bağırsağın işini yaxşılaşdırır, mikrofloranı artırır, bağırsaq divarını bərpa edir, köp, spazm, qıcıqlanmanı götürür.
Mikrofloranın güclü olması immunitetin güclü olması deməkdir.
Çünki limfoid immunitetin 70%-i məhz bağırsaqda yerləşir.
Bu qidalar çəkini saxlamaq, qanı təmizləmək, arıqlamaq üçün də uyğundur.
Fermentləşdirilmiş ərzaqların gündəlik norması 100 qramdır”.
Aygün Musayeva