Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz - Sağlamlıq üçün təhlükəsizdir

  • 2024.07.30 18:32
  • 1062 Baxış
Hər gün bu qədər çips və ya kraker yeyə bilərsiniz -  Sağlamlıq üçün təhlükəsizdir
Gündə 50 qram çips və ya kraker yeyə bilərsiniz.

Medicina.az xəbər verir ki, bunu dietoloq Olesya Barzaeva “Gazeta.Ru”ya bildirib.

“Siz gündə 50 qrama yaxın çips və ya krakerdən sağlamlığınıza, eləcə də fiqurunuza xələl gətirmədən istehlak edə bilərsiniz. Ultra emal olunmuş qidalarla bağlı risklər yalnız onları müntəzəm olaraq həddindən artıq yediyiniz zaman yaranır. Bu o deməkdir ki, çips və kraker sağlam pəhrizin bir hissəsi ola bilər”, - deyə mütəxəssis bildirib.

Barzaevanın sözlərinə görə, effektiv tövsiyələrdən biri qidaların əsas və əlavələrə bölünməsidir.

“Əsas qidalar pəhrizin 85% -ni təşkil etməli və bütün qida qruplarını əhatə etməlidir: süd məhsulları, tərəvəzlər, meyvələr, taxıllar, zülal tərkibli məhsullar. Əsas üstünlük evdə hazırlanan qidalara verilməlidir.

Şəkər əlavə edilmiş qidalar, ultra emal olunmuş qidalar, duz və doymuş yağla zəngin olanlar isə qida rasionunun 15%-ni təşkil etməlidir. Belə də demək olar: insan çəkisindən, yaşından və cinsindən asılı olaraq gündəlik olaraq bu qidalardan cəmi 250-350 kkal almalıdır. Məsələn, bu təqribən 50-60 qram çipsə bərabərdir. Yəni 50 qram çips yemisinizsə, artıq həmin gün başqa ultra işlənmiş qida yeməməlisiniz”, - deyə mütəxəssis izah edib.

Barzaeva bu cür məhsulları böyük paketlərdə almağı məsləhət görmür.

“Bu qəlyanaltıları çox yemək riski paketin ölçüsü ilə artır. Çipləri birbaşa paketdən yeməmək, kiçik bir qaba tökmək daha yaxşı olar. Bu qaydalar həddindən artıq yeməyin qarşısını almağa kömək edəcək”, - deyə dietoloq qeyd edib.


Aysel