Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində görün nələr baş verir

  • 2024.07.01 16:16
  • 560 Baxış
Hər gün bir ovuc zirinc yeyənlərin orqanizmində  görün nələr baş verir
Antikorlar müxtəlif infeksiyalara qarşı müdafiə mexanizmini dəstəkləyən bədənimizin immun sistemi tərəfindən istehsal olunan zülal molekullarıdır.

Medicina.az xəbər verir ki, antikor istehsalını artırmaq möhkəm bir bədənə sahib olmağın ən asan yoludur.

Antikorlar bədənimizin bir çox yoluxucu agentə qarşı təbii olaraq inkişaf etdirdiyi bir müdafiə mexanizmidir.

Mikroorqanizm (virus, bakteriya, göbələk, parazit və s.) orqanizmə daxil olduqda, immun sistemi bu yad varlıqlara qarşı anticisimlər istehsal edir.

Antikorlar yoluxucu agentləri zərərsizləşdirir və ya onların bədənə zərər verməsinin qarşısını alır.

Təbiətdə təbii şəkildə bitən bəzi meyvələr orqanizmdə daha çox antikor yaratmağa kömək edə bilər.
Bu meyvələrdən ən təsirlisi zirincdir.

Zirinc meyvəsinin tərkibində olan C vitamini kimi antioksidantlar immunitet sistemi hüceyrələrinin fəaliyyətini artıraraq və sərbəst radikallarla mübarizə apararaq immunitet funksiyalarını dəstəkləyir. Bu proseslər bədənin antikor istehsalına təsir göstərir.

Zirincin sağlamlığa faydalarından yararlanmaq üçün onu təzə-tər halda yemək və ya mürəbbəsindən, eləcə də kompotundan istifadə etmək olar.


Aysel